Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS в хорошем качестве

Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS

#kamranmyunis #kamranyunis #ramizrövşən #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #emilşahin Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim Bəstəkar - Emil Şahin - Xəyallar Bilmirəm, hayandan tapdı ömrümü, Bir dəli at kimi çapdı ömrümü, Dağlara, daşlara çırpdı ömrümü, Qədrimi bilmədi bu adam mənim,- İlahi, al məni bunun əlindən! İlahi, kaş məni bu yer üzündə Bir özgə adama tuş eyləyəydin, Lap məni adam yox, quş eyləyəydin, Lap belə bir qara daş eyləyəydin, Məni bu adama sən necə qıydın,- İlahi, al məni bunun əlindən! Al məni, ver məni, özgələrə ver, Sınıq aynalara, güzgülərə ver, Bölünüm, yüz tikə, min tikə olum Bu adam üzümə baxa bilməsin. Məni aynaların qırıqlarından Toplaya bilməsin, yığa bilməsin. Bölünsəm, dərdim də bölündü bəlkə, Hər dərdim yüz tikə, min tikə oldu. Bir dərdim qalmadı özümdən yekə, Bütün dərdlərimdən mən yekə oldum. Bu yerin üstündə, göyün altında Bölünsəm, hər tikəm bir yana düşsə, Haçansa, kefinin xoş saatında, İlahi, təzədən yadına düşsəm, Təzədən toplasan qırıqlarımı Sınıq əllərimi, ayaqlarımı, Ağzımı, burnumu, qulaqlarımı, İlahi, təzədən calasan məni, dünyanın ən gözəl güzgüsü ollam. Təzədən dünyaya yollasan məni, Bu adam olmaram, özgəsi ollam,- İlahi, al məni bunun əlindən!...

Comments