Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ramiz Rövşən - Ay bu yükün yiyəsi - Kamran M. YuniS в хорошем качестве

Ramiz Rövşən - Ay bu yükün yiyəsi - Kamran M. YuniS 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ramiz Rövşən - Ay bu yükün yiyəsi - Kamran M. YuniS

#kamranmyunis #kamranyunis #ramizrovsen #şeirlər #poeziyateatrı #sevgişeirləri #şiirler #xəyyammirzəzadə Bəstəkar - Xəyyam Mirzəzadə - “Arxadan vurulan zərbə” filmi Ramiz Rövşən - Ay bu yükün yiyəsi Ay bu yükün yiyəsi Gör bir nə tez xərclədim günləri manat kimi, Əvəzində nə aldım – heç xəbərim olmadı. Çox yerdə başa keçdim hörmətli qonaq kimi, Amma ayaq qoymağa heç öz yerim olmadı. Dünyada hərə bir cür qocalmağa başlayır; Başdanmı qocalan çox, ayaqdanmı? Kim bilir. Hansı pisdi – yerişi, yoxsa ağlı itirmək? Axsaqdanmı soruşaq, axmaqdanmı? Kim bilir. Mən nəsə ayağımdan qocalmağa başladım, Ağıllı başım çətin köməyimə yetişə. Ayağımın ucundan başlayan şiş yeriyib Yavaş-yavaş haçansa ürəyimə yetişər. Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq, Ayaqlarım zay olub lap sıradan çıxsa da. Çox dostlarla günbəgün aram soyuyur, – ancaq Mən aradan çıxmaram, kim aradan çıxsa da. Bir vaxt iri köpəklər hürərdilər üstümə, İndi xırda küçüklər hürüşür addımbaşı. Hürməkdə o köpəklər yaman ustaydı, usta, Bu küçüklər hələ ki, bir az naşıdı, naşı. İt hürər, karvan keçər... Yox, mən karvan deyiləm, Mən – karvanı talanmış tənha, yorğun bir dəvə. Dörd tərəfi bürüyən toz-dumanın içində Baş götürüb gedirəm ağlım kəsən tərəfə. Yük altında göynəyir kürəyimin qabarı, Yük altında təngiyir hər addımda nəfəsim. Nə atmağa qıyıram, nə gücüm var – aparım, Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..

Comments