Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Mübariz Mənsimov kimdir? в хорошем качестве

Mübariz Mənsimov kimdir? 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Mübariz Mənsimov kimdir?

Hazırda həbsdə olan Mübariz Mənsimov kimdir? Bu gün onun doğum günüdür 22 mart 1968-ci ildə Bakı şəhərində anadan olan Mübariz Qurban oğlu Mənsimov əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, 6 qız və 3 oğlandan ibarət 9 uşaqlı bir ailənin üzvüdür. Atası Qurban kişi Bakıya köçməmişdən əvvəl öz kəl arabası ilə kənd camaatı daşıyardı. Həmin vaxtlar maşın yox idi. Ona görə də arabalar nəqliyyat vasitəsi kimi istifadə olunardı. Çox kasıb olan Qurban kişigil vəziyyətlərini düzəltmək üçün Bakıya köçürlər. O, Bakıda dəniz limanında fəhlə işləyir; daha sonra orada ev də alır... Mübariz Mənsimov atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olur. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnir. 1985-ci ildə isə SSRİ ordusunda xidmət etmək üçün Şərqi Almaniyaya göndərilir. Mənsimov düz dörd il sonra 1989-cu ildə Sovet ordusundan könüllü şəkildə tərxis olunur. Buna səbəb isə bir erməni generalla baş verən münaqişə idi. Həmin hadisə sonradan onun bütün həyatına təsir edir. O, sonralar verdiyi müsahibələrinin birində bu barədə belə demişdi: “Bu gün şirkətlərimin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm, dərhal qovaram. Onlarla ticarət əlaqəsi qurmaram. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşındadır. Erməniləri sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsinlər.” Hərbçi karyerası bitdikdən sonra həyatın çətinlikləri ilə qarşılaşan Mübariz il yarım aşpaz kimi fəaliyyət göstərir. Lakin başa düşürdü ki, daxili potensialı onu daha böyük zirvələrə apara bilər. Çünki aşpaz olmaq, onun arzusu yox, məcburiyyət idi. Beləcə o, həyatının ən riskli qərarlarından birini verir. Yoldaşları ilə birlikdə 150 tonluq balıqçı gəmisini kirayə götürür. Beləliklə, Mənsimov gəmiçilik sahəsində ilk addımlarını atır. Xatirələrində qeyd edir ki: “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib, bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşdük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”. İşini böyüdən Mənsimov, iş adamı kimi böyük uğurlar qazanır. O, Rusiyada yaratdığı "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirir. Şirkətin mərkəzi ofisi İstanbulda yerləşir. Qeyd edim ki, "Palmali" Şirkətlər Qrupu dənizçilik şirkəti ilə yanaşı "PalMedia" adlı şirkəti də özündə birləşdirir ki, onun da nəzdində "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı var. “Forbes”in milyarderlər siyahısına düşməyi bacaran Mənsimov, qurucusu və rəhbəri olduğu "Palmali" Şirkətlər Qrupunu dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri edərək, illik dövriyyəsini 3 milyard dollara çatdırır. O, 2006-cı ildə Türkiyə vətəndaşlığını qəbul edib. Türkiyə vətəndaşı olduqdan sonra o, soyadını dəyişərək, Qurbanoğlu soyadını qəbul etmişdir. Əminliklə söyləmək olar ki, Mübariz Mənsimov ictimaiyyətimiz tərəfindən digər azərbaycanlı milyarderlərdən daha çox sevilir. O, uzun illərdir ki, Azərbaycandan kənarda yaşayıb işləməsinə, başqa ölkənin vətəndaşı olmasına baxmayaraq, ürəyi Azərbaycan eşqi ilə döyünən vətənpərvər bir soydaşımızdır. Əməli fəaliyyətilə, davranışı və əxlaqı ilə xalq arasında böyük şöhrət qazanan Mənsimov həm də xeyriyyəçi kimi tanınır. Bu isə onun nüfuzunun artmasına zəmin yaratmış başlıca amillərdəndir. Lakin təəssüf ki, bu gün doğum günü olan Mübariz Mənsimov hazırda Türkiyədə həbsdədir. İnanıram ki, onun günahsızlığı sübuta yetəcək və ən qısa zamanda azadlığına qovuşaraq, həyatındakı bu keşməkeşli yoldan da üzü ağ çıxıb, səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək. =============== 5 mart 2021-ci ildə Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb. Ətraflı məlumat bu linkdə:    • Mübariz Mənsimov azadlıqda!   Musiqi: YouTube Library Asleep with the Sun NEW 6:07 Unicorn Heads Rock | Dramatik

Comments