Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Mübariz Mənsimov ev dustaqlığına buraxıldı в хорошем качестве

Mübariz Mənsimov ev dustaqlığına buraxıldı 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Mübariz Mənsimov ev dustaqlığına buraxıldı

Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbsdən buraxıldı. Martın 5-də İstanbul Ağır Cəza Məhkəməsində bu barədə qərar çıxarılıb. Məhkəmə Mübariz Mənsimovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə prokurorluğun təqdimatını təmin edərək, iş adamının ev dustaqlığına buraxılmasına qərar verib. Bu, məhkəmənin hökmü deyil. Hökm çıxarılana qədər o, ev dustaqlığında olacaq. Prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Fətullah Gülən və onun təşkilatı ilə əlaqədə ittiham olunan Mübariz Mənsimov məhkəmədə ifadəsində ittihamların yalan olduğunu bildirmişdi: “Mən heç vaxt FETÖ-çü (Fətullah Gülən Terror Örgütü) olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada dayanırdı. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa, məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etmişəm”. Türkiyə vətəndaşı olan Mübariz Mənsimov 2020-ci il martın 15-dən həbsdə idi. O, həbs olunduğu ilk vaxtlarda yaydığı açıqlamada baş verənlərə görə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edirdi. Rövnəq Abdullayev isə Türkiyənin “Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri “əsassız yalan” adlandırıb. O bildirib ki, “Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb. Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter:   / meydantv   Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram:   / meydantv   __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Comments