Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ermənistan parlamentində əlbəyaxa dava - parlament işini dayandırıb в хорошем качестве

Ermənistan parlamentində əlbəyaxa dava - parlament işini dayandırıb 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ermənistan parlamentində əlbəyaxa dava - parlament işini dayandırıb

Ermənistan parlamentinin bu günki iclasında deputatlar dalaşıb. İqtidar və müxalifətdən olan millət vəkiləri əlbəyaxa dava zamanı bir-birilərinə su butulkaları atıblar. Dava iqtidardan olan Vətəndaş Müqaviləsi fraksiyasının üzvü Hayk Sarkisyanın çıxışı zamanı başlayıb. O keçmiş hakimiyyəti və hərbi rəhbərliyi korrupsiyada günahlandırıb. Deputat çıxışında deyib ki, sitat: "müdafiə naziri olduqları dövrdə rüşvətlə və ya telefon zəngi ilə hərbi xidmətdən azad edilmə hallarına yol verənlər vətən xainləridir". Onun bu sözlərindən sonra Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətdə olan Seyran Ohanyan tribunada olan iqtidar millət vəkilnə su butulkası atıb. Bundan sonra iclas zalında iqtidar və müxalif deputatlar arasında butulka atışması başlayıb. Parlamentin sədri Alen Simonyan vəziyyəti sakitləşdirmək üçün mühafizə xidmətini zala dəvət edib və fasilə elan edib. Fasilədən sonra parlament işinə davam edib, amma sonradan yenidən iclas dayanmalı olub. İqtisadi məsələlər üzrə parlament komissiyasının sədri, müxalif Hayastan fraksiyasınin nümayəndəsi Vahe Hakobyanın çıxış zamanı iqtidar fraksiya üzvlərindən kimsə onun ünvanına replika atıb. Müxalif millət vəkili öz çıxışını kəsib, iqtidar Vətəndaş Müqaviləsi fraksiyası istiqamətində hərəkət edib. Bundan sonra söz davası başlayıb və əlbəyaxaya keçbr. İqtidar millət vəkili Vahaqn Aleksanyan müxalif həmkarı Vahe Hakobyana təpik atıb. Parlamentin sədri ikinci dəfə iclasa fasilə elan edib və canlı yayımı dayandırıb. Avqustun 24-dən Ermənistan Milli Məclisində 5 illik hökumət proqramı müzakirə olunur. Baş nazir Nikol Paşinyan dünən proqramı Milli Məclisə təqdim edib bu gün müzakirələr davam edib. Müxalif fraksiya nümayəndələri öz çıxışlarında ötən il Qarabağ müharibəsində məğlubiyyət görə Paşinyan hakimiyyətini və onun şəxsini tənqid edib, bəzən təhqiranə ifadələr işlədib buna görə iclasa dəfələrlə fasilə verilib. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook:   / bbcnewsazeri   Twitter:   / bbcazeri   Instagram:   / bbcazeri   WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün    • Azərbaycanda bu gün   Qarabağ münaqişəsi    • Qarabağ münaqişəsi   Dünyada bugün    • Dünyada bugün   Bölgələrdən    • Bölgələrdən   Qadınlar, sizin üçün    • Qadınlar, sizin üçün   1 dəqiqəlik videolar    • 1 dəqiqəlik videolar   Müsahibələr – Sizin səsiniz    • Müsahibələr - Sizin Səsiniz   Azərbaycanlılar Britaniyada    • Azərbaycanlılar Britaniyada   Niyə, nə üçün - izahedici videolar    • Nə və niyə?   Gənclər sizin üçün    • Gənclər, sizin üçün   Sosial problemlər    • Sosial problemlər   Dünya xəbərləri bülleteni    • Dünya xəbərləri bülleteni   Mənim Şəhərim    • Mənim Şəhərim   Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda    • Birinci Dünya Müharibəsi: Səngərlərdə...   Sizin Sözlərinizlə    • Sosial media icmalı - Sizin şərhləriniz   Britaniyada tələbə olan azərbaycanlılar    • Britaniyada tələbə olan azərbaycanlılar  

Comments