Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Erməni kilsəsi və Koçaryan Paşinyana qarşı в хорошем качестве

Erməni kilsəsi və Koçaryan Paşinyana qarşı 13 дней назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Erməni kilsəsi və Koçaryan Paşinyana qarşı

Kirants. Ermənistanın Tavuş vilayətinin İcevan bələdiyyəsində kənddir. Əsrlər oyu Günən kimi tanınıb, yəni cənub və ya gün düşən yer. Erməni mənbələrinə görə, Günən “Böyük erməni artsax dünyası” ideyasının mərkəzi olub. Ermənilər Qarabağda qurduqları oyuncaq Artsaxı itirdilər. Artsax xəyallarının yarandığı Kirantsı isə itirmək istəmirlər. Etiraz aksiyalarının mərkəzi bu həftə Kirants idi. Kənd sakinləri sərhəd xəttinə etiraz edirlər. Çünki delimitasiyadan sonra Kirantsın əsas körpüsü Azərbaycan tərəfinə keçəcək. Kənd məktəbi isə düz sərhəddə olacaq. Paşinyan Kirantsda Voskepardakı kimi mülayim davranmadı. Polis kəndə girişi bağladı, etirazçılardan bəzilərini həbs etdi. Etiraz aksiyalarına dəstək verən Baqrat Qalstyan. Çarəsizcə asfaltda oturmağına səbəb kəndə buraxılmamasıdır. İndi kilsədən aldığı əmrləri necə yerinə yetirəcəyini düşünür. Ermənilərdə çarə tükənmir. Paşinyana etirazın yeni formasını da tapıblar. Yollardakı lövhələrdə Azərbaycan toponimlərinin adı. Ermənilər bu adları yazdıqları vərəqləri lövhələrə yapışdırıblar. Abovyan əvəzinə Ellər, Yerevan əvəzinə İrəvan, Ararat əvəzinə Qəmərli. Yəni Paşinyan hakimiyyətdə qalarsa, bu ərazilərin də Azərbaycanın olacağına diqqət çəkirlər. Bu həm də o deməkdir ki, buranın qədim Azərbaycan torpaqları olduğunu etiraf edirlər. Deyəsən, Paşinyanın coğrafiya dərsi işə yarayıb. Ermənilər yer adlarını öyrənməyə başlayıblar. Dərsi bu həftə də davam etdirdi. Əlində yenə vizual xəritəsi var idi. Sevimli aksesuarı ilə bu dəfə Ermənistan İctimai Televiziyasının efirində idi. Yenə xalqını Azərbaycanla qorxudurdu. Delimitasiyanın olmamağı Ermənistanın, olmağı Paşinyanın başını ağrıdır. Ermənilər sakitləşmirlər. Aksiyaları genişləndirməyə çalışan Erməni qriqorian kilsəsidir. Keçmiş prezident, Rusiyanın adamı Robert Koçaryan da vəziyyəti gərginləşdirmək istəyir. Moskvada isə bəyan edirlər ki, baş verənlərlə əlaqələri yoxdur. Paşinyan hələ ki, təzyiqlərə tab gətirir. Amma xalqının könlünü almaqda da çətinlik çəkir. Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q... Facebook:   / ictimai.tv   Instagram:   / ictimaitv.official   Teleqram: https://t.me/tvictimai Sayt: https://itv.az/ Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Comments