Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Hafiz Hacıyev uzun fasilədən sonra Tv Musavatda! "Canlı debat" в хорошем качестве

Hafiz Hacıyev uzun fasilədən sonra Tv Musavatda! "Canlı debat" Трансляция закончилась 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Hafiz Hacıyev uzun fasilədən sonra Tv Musavatda! "Canlı debat"

Qarabağla bağlı yaranan yeni situasiya, Azərbaycan-Türkiyə-Pakistan arasında əməkdaşlığın növbəti mərhələsi ölkədə ən çox müzakirə olunan məsələdi. Rusiya sülhməramlıları ilə necə davranmalı - qızıl ortanı necə tapmaq olar? Ermənistanda üç aylıq daha bir hərbi toplanış başlayır-İrəvanda hal qaldımı... Ermənistanda ehtiyatda olan hərbçilərin görünməmiş miqyasda toplanışı davam edir. Birinci mərhələ hələ avqustun 25-də  üç ay müddətinə başlayıb, ikinci üçaylıq toplanış mərhələsinə sentyabrın 15-də start veriləcək. Beləliklə, ilin sonunadək bir neçə min ehtiyatda olan hərbçinin "çıxdaş edilməsi" planlaşdırılır, “Sputnik Armeniya” yazır. Keçmiş zabit, hərbi icmalçı Narek Nersisyan qeyd edir ki, Ermənistanda belə miqyaslı toplanışlar 15 ildir ki, keçirilməyib, halbuki, müdafiə haqqında qanun hər il toplanışların keçirilməsini mütləq şərt edir. Bununla belə, müdafiə büdcəsində hərbi toplanışların xərci ayrıca maddə üzrə göstərilməyib. Və indi hakimiyyətin itirilmişlərin yerini doldurmağa qərar verdiyi bir vaxtda hazırkı toplanışlar çoxlarında təəccüb doğurur. "Lakin deməliyəm ki, qeyri-adi heç nə baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi, hətta elmi nöqteyi-nəzərdən müharibə ancaq o zaman bitmiş olur ki, tərəflərdən biri qalib gəlir...” Nersisyan “Sputnik Armeniya”ya müsahibəsində deyib. İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan isə sentyabrın 13-ü Xankəndidə hərbi toplantı keçirərək yeni “ordu komandanı” Kamo Vardanyanı təqdim edib. Sentyabrın 11-də Mikael Arzumanyanı əvəzləyən 1966-cı il təvəllüdlü general-mayor Kamo Vardanyan işğalçı orduda 1 fevral 1992-ci ildən qulluq edir, sentyabrın 11-dək “qərargah rəisi”, “ordu komandanının birinci müavini” olub. Mikael Arzumanyan 2020-ci il oktyabrın 27-dən “ordu komandanı” idi. Ermənistan ordusunun 15 ildən sonra miqyaslı toplanışlar qərarı diqqət çəkir. Görünür, Rusiya müharibədə dağıdılmış Ermənistan ordusunun rezervlərini nəzərdə keçirir. Çünki müharibədə rezervlər ordunun əsas qüvvələrindən hesab olunur. Buna paralel olaraq Araik Arutyunyan da “ordu rəhbərlyini “ dəyişir. Ermənistan ordusunu nəyə hazırlaşır? Daha bir maraqlı məqam Ermənistanda əhval-ruhiyyəni dəyişməsədir. Bir neçə ay əvvələ kimi “biz müharibədə biabırçı şəkildə uduzduq” əhval ruhiyyəsinin yerini indi “müharibə hələ bitməyib” kimi sərsəmləmələr tutmaqdadır. Doğurdanmı, ermənilər hələ də düşünürlər ki, müharibə bitməyib, Qarabadakı vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər? Baş Qərargah rəisinin Türkiyə səfəri-Bakı və Ankara hazırlıq içərisində... Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə rəsmi səfərdədir. Baş Qərargah rəisi ilk xarici səfəri məhz qardaş Türkiyəyə həyata keçirib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Hulusi Akarla görüşdə Türkiyənin milli müdafiə naziri deyib ki, "bir millət, iki dövlət" anlayışı ilə Azərbaycana haqlı mübarizəsində yanında olmağa davam edəcəklər. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Baş Qərargahlar rəislərinin ordu strukturlarında əsas görəvləri məlumdur. Müharibə və iri miqyaslı hərbi əməliyyatlar adətən, məhz Baş Qərargah rəisləri tərəfindən yönləndirilir. İki qardaş ölkənin ordu strukturları hazırda bir-biri ilə o qədər bağlantılı və əlaqəli şəkildə hərəkət edir ki, bu cür görüşlərdə xüsusi məna axtarmaq bəlkə də artıqdır. Amma nəzərə almaq lazımdır ki, Ermənistan ordusunun rezervistlərini toplanışı, Qarabağdakı sülhməramlıların komandanlılığının dəyişməsi, İranın bəzi dairələrinin himayəsi altında Qarabağa qanunsuz yük daşımalar, eləcə də bölgədəki bəzi həssas məsələlər istər-istəməz diqqəti bu səfərə, onun əhəmiyyətinə yönəldir. Bəzi qeyri-rəsmi iddialara görə, yaxınlaşmaqda olan Zəfər bayramında (8 noyabr) ordunun birgə iştirakı da müzakirə edilir. Daha nələr gözlənilir, nə kimi planlar nəzərdə tutulub?

Comments