Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qazaxın azad olunan kəndlərini İTV görüntülədi в хорошем качестве

Qazaxın azad olunan kəndlərini İTV görüntülədi 3 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qazaxın azad olunan kəndlərini İTV görüntülədi

1 ay əvvəl də Bakı bir daha bəyan etmişdi ki, işğaldakı 4 kəndi geri istəyir. Bundan sonra Ermənistanda isteriya başlamışdı. Paşinyan Tavuşa getmiş, kənd sakinlərinə reallığı izah etmişdi. İzah üçün qəribə tərz seçmişdi. Xalqını müharibə ilə qorxudurdu. Özləri də etiraf edir ki, çox vaxt sözdən yox, gücdən anlayırlar. Azərbaycan ermənilərin dediyi kimi savaşa hazırlaşmırdı. Amma sözlər qüvvədən düşəndə qolların qüvvəsi başlayır. Paşinyan da xalqını bu həqiqətlərlə üzləşdirirdi. Bu həftə Tavuşa növbəti səfərində də buna çalışdı. Bu dəfə deyirdi ki, delimitasiyadan imtina bölgədə yeni partlayışa səbəb olacaq. Amma qorxduqları bu dəfə başlarına gəlmədi. Bu dəfə sözdən anladılar. Azərbaycan Prezidenti 4 kəndi silah səsi olmadan geri almağı bacardı. Qərbin “Azərbaycan mühribəyə hazırlaşır” tezisi şar kimi əllərində partladı. Azərbaycan və Ermənistan yenə vasitəçisiz, birbaşa danışıqlarla irəliləyişə nail oldu. Delimitasiya komissiyalarının bu həftə keçirilən iclasında razılıq əldə olundu. 4 kəndimiz geri qaytarılır. Bununla bağlı protokol mayın 15-dək imzalanacaq. Bu həmin kəndlərdir ki, 90-cı illərdən Ermənistanın işğalındadır. Beləliklə, işğaldakı son ərazilərimiz də geri qayıdır. Bununla da delimitasiya prosesinə start verilir. Nə Qərb lazım oldu, nə Rusiya. İki qonşu ortaq dil tapa bildi. Paşinyan baş verənləri şişirtməyin əlieyhinədir. Amma qiymətləndirməməyi də doğru hesb etmir. Artıq erməniləri şirnikləndirməyə də başlayıb. Doğrudur, ermənilər kəndlərin qaytarılmasına etiraz edirlər. Amma çox yaxın zamanda 50 metr aralıdakı azərbaycanlılarla yaşamağı bacaracaqlar. Xatırlayırsızsa, 3 ay əvvəl İTV Xəbər Yekun Ermənistanla şərti sərhəddə olmuşdu. Qazaxın işğaldakı kəndlərindən eksklüziv görüntülər təqdim etmişdik. Çox hissəsi işğalda olan Qızılhacılı sakinlərini 32 il sonra dağılmış evlərinə aparmışdıq. İnanırdılar ki, torpaqlarına qayıdacaqlar. O inam reallaşır. 3 ay əvvəl mikrofonlarımıza həsrətdən danışırdılar. 3 ay sonra təəssüratları tam başqadır. Beləliklə, İTV Xəbər Yekun-un bizə qayıdacaq kəndlərimizdə eksklüziv görüntüləri. Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q... Facebook:   / ictimai.tv   Instagram:   / ictimaitv.official   Teleqram: https://t.me/tvictimai Sayt: https://itv.az/ Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Comments