Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Arayik Bakıya gəlmək istəyir – APA TV в хорошем качестве

Arayik Bakıya gəlmək istəyir – APA TV 10 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Arayik Bakıya gəlmək istəyir – APA TV

#APATV #ermenistan #qarabağ #xankəndi #arayikharutyunyan #ATƏT #sülhməramlılar #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 Arayik Bakıya gəlmək istəyir – APA TV “Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan Bakı ilə danışıqlara, Bakıya gəlməyə hazır olduğunu bildirib. Bu barədə “Hraparak” qəzetinin yazıb. Arutyunyan deyib ki, danışıqlarda Rusiya vasitəçi tərəf kimi iştirak etsə, Bakı ilə danışıqlara hazırdır. Sitat: “ABŞ vasitəçilikdən imtina edir, Ağ Ev Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının tərəfdarıdır. Amma ruslarla bunun qarşısını almaq olar. Xankəndi bütün problemlərin sülh yolu ilə həllinə hazırdır”. Sitatın sonu. Onun sözlərinə görə, Qarabağdakı vəziyyət hər gün daha da gərginləşməkdədir. Son cümlədən sonra separatçı rejimin başını itirmiş başçısına suallar yaranır: gərginlik istəmirsinizsə, qanunsuz silahlı birləşmələr niyə tərksilah edilmir? Nə üçün Azərbaycanın ərazi bütövlüyünü pozmaq vərdişlərindən əl çəkmirsiniz? O ki qaldı Xankəndi-Bakı dialoquna, bəzi qüvvələr separatçıları danışıqlar masasına tərəf kimi oturtmaq istəyir. Elə Arutyunyanın vasitəçi kimi görmək istədiyi Rusiya və Fransa bu qəlibdən sayılır. Gorbagor olmuş ATƏT-in Minsk Qrupunun məqsədi bu idi. Keçmiş 3 həmsədrdən ikisinin Cənubi Qafqaz siyasətindən “Artsax” qoxusu gəlsə də, ABŞ Bakının İrəvana təqdim etdiyi 5 prinsipi dəstəkləyir. Elə Fransasız Avropa da sülh danışıqlarını bu əsnada aparır. Həm də II Qarabağ savaşından sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar Arutyunyanın xam xəyallarının üzərindən xətt çəkir. Əlqərəz, qondarma rejim Bakı ilə dialoqun tərkib hissəsi ola bilməz. Çünki sülh prosesi Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında aparılır. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments