Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб NƏ BAŞ VERİR??? Tiflisdə yeni görüş? (11.01.2021) GÜNDƏM NEWS ( XƏBƏR ) в хорошем качестве

NƏ BAŞ VERİR??? Tiflisdə yeni görüş? (11.01.2021) GÜNDƏM NEWS ( XƏBƏR ) 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



NƏ BAŞ VERİR??? Tiflisdə yeni görüş? (11.01.2021) GÜNDƏM NEWS ( XƏBƏR )

"Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyasından sonra iki ölkə arasında sülh müqaviləsinin tezliklə bağlanması gözlənilmir. Bunun üçün Ermənistan hakimiyyəti Dağlıq Qarabağla bağlı status məsələsindən geri çəkilməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”. KONKRET.AZ xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinə Tiflisdə iki tərəfli sülh müqaviləsinin bağlanmasını təklif edə bilər: “Nikol Paşinyanın buna tezliklə gedəcəyi çətin bir prosesdir. Çünki ona qarşı Koçaryanın arxa fonda rəhbərliyi altında müxalifət mübarizə aparır. Ölkədə çevriliş olarsa, müxalifət hakimiyyətə gələrsə, Azərbaycanla əməkdaşlığa Paşinyanın kursunu aparmağa məhkumdurlar. Digər variant üçün onların heç bir potensialı yoxdur. ABŞda C.Bayden prezidentliyi dönəmində Cənubi Qafqaza diqqət ayrılacaq. Bu da Paşinyanın hakmiyyətini gücləndirə bilər. ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinə Tiflisdə iki tərəfli sülh müqaviləsinin bağlanmasını təklif edə bilər. Azərbaycan Ermənistanla yalnız öz şərtləri qəbul edildikdən sonra bu müqaviləyə getməlidir. Məlumdur ki, Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi, yəni "SMS-icazə" sistemi tətbiq edilir. Həmçinin, Nazirlər Kabinetinin qərarına görə, ölkə üzrə xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək qüvvədədir. Rayonlara gediş-gəlişin nə zaman bərpa ediləcəyi ən çox verilən suallardandır. SPORTİNFO.AZ xəbər verir ki, bununla bağlı danışan deputat Müşfiq Məmmədli deyib ki, Biz karantin tədbirləri ilə xəstəliyin kökünü kəsə bilmirik. Xəstəlik davam edir, amma sürəti azalır. Yəni insanların koronavirusa yoluxma sayında azalma müşahidə edilir. Vaksiyasiyanın yanvar ayının ortalarından etibarən başlanlması planlaşdırılır. Bu məsələ də vaksinasiyadan sonrakı bir ay müddətində analiz olunduqdan sonra müzakirə edilə, Azərbaycanda bu sahədə müəyyən yumşaldılma addımları atıla bilər. Bakıdan rayonlara gediş-gəliş həmin müddətdən sonra açıla bilər. Əsas məsələ ondan ibarətdir ki, yumşaldılma mərhələli şəkildə həyata keçirilsin. Çünki əks halda bu, yoluxma rəqəmlərinin artımına gətirib çıxarar. "Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik". REPORT xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Real" televiziyasına müsahibəsində deyib. "Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın", - K.Əliyev əlavə edib. Ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən danışan K.Əliyev qeyd edib ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir: "Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir. Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu sahədə tərəfimizdən priorititet istiqamət müəyyən edilməlidir. Mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq.

Comments