Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Prezidentin məclislərini apardı, deputata səviyyəsiz dedi – Aslan Hüseynovun gizlinləri в хорошем качестве

Prezidentin məclislərini apardı, deputata səviyyəsiz dedi – Aslan Hüseynovun gizlinləri 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Prezidentin məclislərini apardı, deputata səviyyəsiz dedi – Aslan Hüseynovun gizlinləri

#trend #aslanhuseynov #birivaridi Qazaxıstanda doğuldu, Qırğızıstanda böyüdü, Azərbaycanda öldü... Bəlkə də Qırğızıstanda qalsaydı, daha çox şöhrət qazanacaqdı. O isə, vətənini seçdi. Bir gün qəbrinə çevriləcək vətəninə gəldi. Burda məşhurlaşdı... Anasının ölümündən cəmi 7 gün sonra faciəvi şəkildə dünyasını dəyişən Aslan Hüseynovu anırıq. Aslan Hüseynov 1967-ci ildə Qazaxıstanın Cambul vilayətində doğulub. Əsli Qərbi Azərbaycanın Nüvədi kəndindəndir. Ailədə iki bacı, iki qardaş olublar. Qazaxıstanda böyüyüb boya başa çatıb. Ardınca Qırğızıstana köçüblər. Atası Qırğızıstanda yol polisi işləyib. Qardaşı da yol polisində işləyir. Gənclik illərini orada yaşayan müğənni sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və müğənnilik karyerasına başlayıb. Aslan İsmayılov özü müsahibələrinin birində deyir ki, onun Bakıya gəlməsində və səhnəyə çıxmasında iş adamı Rövşən Bərxudarovun böyük köməyi olub. Aslan Hüseynov 2001-ci ildə Samirə adlı xanımla ailə qurub. 2003-cü ildə oğlu Polad, 2006-cı ildə isə qızı Afərin anadan olub. Aslan oğlunun adını Polad Bülbüloğluya olan sevgisi səbəbi ilə qoyub. Aslanın səsində Polad Bülbüloğlunun səsinə oxşarlıq görənlər də var. Müğənni uzun müddət Qırğızıstanda yaşadığı üçün at ətindən hazırlanan xörəkləri çox sevib. Xüsusən ondan hazırlanan dolmanın çox dadlı olduğunu qeyd edərək, Bakıda at ətinin satılmamasından təəssüflənirdi. Aslan Hüseynov Bakıya köçəndən sonra burada öz həmkarlarından bir çox insanlarla dostluq əlaqələri qurub. Lakin sonradan onun Nadir Qafarzadə və Elza Seyidcahanla münasibətləri pisləşib. Verilişlərin birində qonaq olarkən o, küskünlüyün dilə gətirərək “Aslanı niyə bağışlamadılar?” sualını verib və kövrələrək verilişi yarımçıq saxlayıb. Bir çox yerli kanallarda hazırlanan verilişlərə qonaq qismində dəvət olunsa da, AzTV və İTV kanalında ona qarşı ciddi qadağalar qoyulub. AzTV-dəki qadağa ilə bağlı telekanalın sədri Arif Alışanova zəng vursa da, ondan qeyri-etik cavab alıb. Müğənni televiziya sədrinin ona cavabını səviyyəsiz, tərbiyyəsiz adlandırmışdı: Sonralar müğənni AzTV-yə rəhbər təyin olunmuş Rövşən Məmmədova müraciət ünvanlayaraq mətbuata açıqlama verib: "Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Arif Alışanov yeddi il mənə qadağa qoymuşdu, özü AzTV-yə ömürlük “zapret”ə düşdü. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən. İndi isə deyirlər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur". Müğənni 2013-cü ildə Hollivud ulduzu Anjelina Coli sağalacağı təqdirdə ona qurban kəsəcəyini demişdi. Ardınca, həmin ilin dekabrında Aslan Hüseynov özü avtomobil qəzasına düşür. Bu zaman avtomobili dostu idarə edirmiş. Qəzadan sonra Aslanın qolu, qıçı sınır və üzü tanınmaz hala düşür. Bir müddət sonra Aslan həm özünə, həm də Anjelinaya dediyi qurbanı kəsir. Sosial şəbəkələrdə kifayət qədər aktiv olan müğənninin başı burada da qalmaqallardan açılmayıb. İnstaqram hesabında onun haqqında yazılan təhqirlərə əsəbiləşən Aslan Hüseynov Salyanda yaşayan və onu təhqir edən şəxsi, onun valideynlərini axtarıb taparaq ondan üzr istəməsini tələb edib və buna nail olub. Sonralar bu mövzuya toxunan müğənni deyib ki, kimsə məni təhqir edərsə, bütün iş-gücümü atıb onu tapmaqla məşğul olaram. Pandemiya müddətində işsiz qalan müğənni haqqında çıxan şayiələrdən biri də onun geniş biznes imkanları ilə bağlıdır. Lakin o, bu fikirləri təkzib edərək bildirib ki, ağlım olsaydı, zamanında biznes qurardım. 2021-ci il aprelin 26-da müğənnin anası dünyasını dəyişib. Həmin ərəfədə Moskvada olan Aslan Hüseynov təcili Bakıya gələrək anasının dəfninə qatılıb. Onun anası Gəncə şəhərində dəfn olunub. Həmin ərəfədə sanki ölümünü də hiss edirdi. Bu hadisədən qısa müddət əvvəl deyirdi: Anasının 7 mərasiminə yollanan Aslan Hüseynovun idarə etdiyi BMW markalı avtomobil “Kamaz”la toqquşaraq ağır yol qəzası törədir. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmur. Müğənni 55 yaşında vəfat edir. Aslan Hüseynov anasının yanında - Gəncə şəhərində dəfn olunur. Aslan Hüseynovun repertuarında demək olar ki, kədərli, qəmgin, lirik mahnı yoxdur. Daim pozitiv, ritmik mahnılar ifa edən müğənni yəqin ki, kədərlənməyi, kədərləndirməyi çox sevmirdi. Vaxtıs itki olsa da, Aslan Hüseynov hər zaman pozitiv ritmlərdə xatırlanacaq, onu düşünən hər kəsin üzünə sonda bir təbəssüm qonacaq. Yəqin ki, sənət adamı üçün bu ən böyük xişbəxtlikdir – təbəssümlə xatırlanmaq...

Comments