Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Amerika İcmalı - 17 may 2024 | Amerikanın Səsi в хорошем качестве

Amerika İcmalı - 17 may 2024 | Amerikanın Səsi 2 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Amerika İcmalı - 17 may 2024 | Amerikanın Səsi

Amerika İcmalı. Blinkenin Kyivə səfəri. Rusiya kabinetində kadr dəyişiklikləri. Gürcüstanda etirazlar. Dövlət katibi Antoni Blinken Kyivə gözlənilməz səfəri zamanı ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini ifadə edib; Rusiya prezidenti vladimir putinin kabinetində kadr dəyişiklikləri Ukraynada müharibə və Moskva və qərb arasında qarşıdurma üçün nə deməkdir? – Maynts Universitetinin Rusiya tarixi kafedrasısının dosenti Zaur Qasımovla müsahibə; Gürcüstanda Qərbin xəbərdarlıqlarına baxmayaraq “xarici təsirə” dair qanun layihəsinin qəbul edilməsindən sonra on minlərlə insan etiraz edir; 2024-cü il ABŞ prezident seçkilərində iqtisadiyyat əsas məsələlərdən biridir - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında *** YouTube kanalımıza abunə olun:    / amerikaninsesi   Sosial media səhifələrimiz: Instagram:   / amerikaninsesi   Facebook:   / voa.azerbaijani   Twitter:   / amerikaninsesi   Telegram: https://t.me/voaazerbaijan Amerikanın Səsi ABŞ-ın ən böyük beynəlxalq multimedia xəbər təşkilatıdır. Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır. Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir. Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur. 1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir: 1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq. 2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək. 3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək. 1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir. 2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır. Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.

Comments