Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Bu gün Xocalı aeroportu açılacaqmı? - Əli Əliyevlə "Canlı debat" в хорошем качестве

Bu gün Xocalı aeroportu açılacaqmı? - Əli Əliyevlə "Canlı debat" Трансляция закончилась 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Bu gün Xocalı aeroportu açılacaqmı? - Əli Əliyevlə "Canlı debat"

Azərbaycan davası davam edir. Çoxsaylı suallarımız, uğurlarımız və narahatlıqlarımızla yanaşı. Ermənistan hazırda qaynayır, qarışıb. İqtidarla müxalifət arasında keçici anlaşmalar ola bilər. Lakin bundan belə Ermənistanda hər hansı qalıcı anlaşma mümkün deyil. Bu, bizim əsərimizdir! İşğalçını, onun hərbi gücünü torpaqlardan əzərək qovmaq, məğlub etmək, sındırmaq öz nəticələrini Ermənistan siyasətində də verməli idi. Ermənistan bu gedişlə haraya gedir, onu nə kimi tale gözləyir və biz bu proseslərə ''ssenarist'' ola bilərikmi? Azərbaycana Ermənistanda hər hansı miqyasdakı iç savaş - vətəndaş müharibəsi sərf edirmi? Erməni lobbisi içərisində yaranan çatların daha da dərinləşməsi üçün nələr etməliyik. "Turan qapısı'' nə zaman açılacaq - Naxçıvanı Qarabağa bağlayan dəhliz haqqında. Azərbaycan Rus sülhməramlılarını Türkiyə ordusu ilə, Laçın dəhlizini isə Mehri dəhlizi ilə (Naxçıvanla Qarabağın birbaşa quru bağlantısını yaradan, bəzən də ''Turan qapısı'' adlandırılan keçid) balanslaşdırdı. Bir müddət sonra Türk Ordusunun mərkəzi qərargahı Ağdamda fəaliyyətə başlayacaq. Bəs, Mehri dəhlizi ilə bağlı fəaliyyətlər nə zaman start götürəcək? Anlaşmada zaman göstəricisi yoxdur. Lakin hansısa müddəti təxmin etmək mümkünmü? 2021 Azərbaycanda yeni dalğa və daha köklü kadr islahatları ili kimi qalacaq. İcra hakimiyyəti orqanlarının tamamilə ASAN-laşdırılması, gənc və vətənpərvər kadrların irəli çəkilməsi gözlənilir. Müharibə bütün sahələrdəki çatışmazlıqları göstərdi. O baxımdan, Azərbaycan Prezidentinin masasının üstündəki ''İslahat xəritəsi'' tam şəkildə aydınlaşa bilər. Qarabağın mərkəzindəki Xankəndi (Xocalı) aeroportunun bu gün, dekabrın 25-də açılacağı bildirilir. Bu haqda erməni mənbələri məlumat yayıb. Hava limanı ərazisinin minalardan tam təmizləndiyi, mühəndis-texniki baxımdan hazır olduğu xəbər verilir. Xankəndi aeroportu hələ 2012-ci ildə təyyarələri qəbul etməyə hazır idi, amma rəsmi Bakı buna qarşı çıxırdı. O zaman Azərbaycan rəsmiləri bu aeroportdan qalxan təyyarələri vurmaq hüququ olduğunu bəyan edirdi. Erməni yalanları davam edir və dayanmır. Xocalı aeroportu yalanı də 8 ildir sürməkdədir: ermənilər havaya uçaq yox, yalanlar qaldırırlar. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin adından yayılmış atəşkəs bəyanatın 9 -cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Həmin bəyanata uyğun olaraq Rusiya sülhməramlıları Azərbaycanla Ermənistanın təmas xəttinə yerləşdirilib. Əgər bu gün Xocalı hava limanı açılsa, açılışa kim ev sahibliyi edəcək? Aparıcı fiqur kim olacaq?

Comments