Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Talış General-mayoru Kərim Kərimov haqqında в хорошем качестве

Talış General-mayoru Kərim Kərimov haqqında 7 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Talış General-mayoru Kərim Kərimov haqqında

Keçmiş SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini K.Kərimov şəxsən özü kosmosa göndərirdi. Kosmodromda kosmik heyətlər uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri şəxsən ona edirdilər. Həmin məruzə və hesabatların efirə verildiyi telereportajlarda heç kim K.Kərimovun üzünü görməzdi, onun ancaq kürəyini göstərərdilər. Uzun müddət kimliyi gizli saxlanılmış Dövlət Komisiyası sədrinin şəxsiyyəti barədə «Pravda» və «Sovetskaya Rossiya» qəzetlərinin 1987-ci ildə məlumat verməsindən sonra o, bütün azərbaycanlıların fəxrinə çevrildi. Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakıda mühəndis-texnoloq Əli Kərimovun ailəsində doğulub. Atası neft sənayesində işləyib, anası isə evdar qadın olub. Həyat onu lap kiçik yaşlarından çətin sınaqlara çəkib. 1925-ci ildə orta məktəbin birinci sinfinə qəbul olunan balaca Kərimin sevinci uzun sürməyib, elə həmin il onun anası vəfat edib. Beləcə ana nəvazişindən birdəfəlik məhrum olan Kərimi atası tərbiyə edib, böyüdüb boya-başa çatdırıb. Orta məktəbi bitirdikdən sonra K.Kərimov Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) energetika fakültəsinə daxil olub. O, institutda oxuyarkən evlənib, ailəsini dolandırmaq üçün isə işləmək məcburiyyətində qalıb. 1942-ci ildə institutu bitirən K.Kərimov Artilleriya Akademiyasına daxil olub. Bununla da onun gələcək həyat yolu kosmik-raket sistemlərinin yaradılması ilə bağlanıb.

Comments