Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Can ey şəhid Mayılxanlı İlqar 22 yaşlı şəhid в хорошем качестве

Can ey şəhid Mayılxanlı İlqar 22 yaşlı şəhid 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Can ey şəhid Mayılxanlı İlqar 22 yaşlı şəhid

Şəhid Mayılxanlı İlqar Nadir oğlu 24 iyul 1998-ci ildə Bayləqan rayonunun Milabad kəndində anadan olmuşdur. 2004-ci ildə Beyləqan rayonun Milabad kəndində "şəhid Vilayət Cəfərova adına Milabad kənd tam orta məktəb"in 1-ci sinfinə gedib.2015-ci ildə orta məktəbi bitirib. 2016-ci ilin oktyabr ayının 5-də həqiqi hərbi xidmətə gedib.2018-ci ilin aprel ayının 12-də hərbi xidməti başa vurmuşdur. Vətən sevgisi onu yenidən hərbiyə yollanmağa məcbur etmişdir. 2018-ci ilin oktyabr ayında Müddətdən artıq hərbi xidmətə qəbul olunub və piyadanın döyüş maşınında tuşlayıcı vəzifəsində xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində fəal iştirak etmişdir. İlqarın döyüş yolu baba yurdu olan Füzulidən keçmişdir. İlqar idarə etdiyi döyüş maşını ilə düşmənin bir neçə texnikasını , postlarını və canlı qüvvəsini məhv etmişdir. İlqarın idarə etdiyi tankı mənfur düşmən hədəf almışdır. İlqar yaralı döyüş yoldaşlarını xilas etmişdir. Sonra yaralı vəziyyətdə düşmən postuna hücum etmişdir. Mənfur düşmənin atdığı minaatan mərmisi İlqarın yaxınına düşmüş və İlqar qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Ali Baş Komandanın əmri ilə"Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur.

Comments