Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Sökülən evin sakinləri etiraz edir в хорошем качестве

Sökülən evin sakinləri etiraz edir 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Sökülən evin sakinləri etiraz edir

N.Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında “Olympus Park“ layihəsiniicra edən şirkət 4 mərtəbəli yaşayış binanı sökür. Binada ümumi 33 ailə yaşayıb.Onlardan 2 mənzilin sakinləri şirkətin təgdim etdiyi müqavilə ilə razılaşmadıqları üçün evlərindən çıxmırlar.Onlar şirkətin qanunsuz olduğunu və zor tətbiq edərək digər qonşuları evdən çıxartdığını deyirlər.Sakinlər qaz və internet xəttlərinin şirkət tərəfindən kəsildiyini bildirir. Sakinlərdən Məmmədov Sadıq bildirir ki,” “N-Turan MMC”adlı şirkət İcra Hakimiyyətindən sərəncam alıb gəlib bizim binanı sökməyə. Daha sonra isə müflis olub və yoxa çıxıb. Bundan sonra heç bir yerdə qeydiyyatda olmayan , qeyri rəsmi olan “Olympus Park” bu işə üstələnir”. Şikayətçi Həsənova Səmayə deyir ki, 18-ci polis bölməsinin əməkdaşları onu aldadıb aparıb bölməyə. O bölmədə olan vaxt isə evinin qarşısını, qapı və pəncərəsini dağıdıblar. “5 aydır ki, telefon xəttimi və televizorumu bağlayıblar. Bizə zülm edirlər ki, onların qoyduğu şərtlərlə razılaşıb evdən çıxaq. Qapımı qırıblar deyə , şkafı məcbur qapı əvəzi işlədirəm”. Digər evin sahibi isə Həbibova Gülşən bildirir ki, bu çirkət qanunsuz və zor gücünə işlər görürlər. “Siz görərdiniz ki, onlar burdakı qonşuları necə çıxartdılar. İyirmi nəfər idmançıları bura yığıb sakinlərə zor tətbiq göstərirdilər”. Şikayətçi Məmmədli Rauf qeyd edir ki, bu şirkətin rəsmi sahibi Asif adlı şəxsdi. Lakin onun adı sadecə müqavilədə var. Özünü isə heç vaxt görməmişik. Şirkət bizə deyir ki, sizə 25 faiz əlavə kvadrat verəcik. Biz deyirik ki, razıyıq. Amma sizə güvənməyimiz üçün sığortalanmalıdır ki, evimi 3 ilə tikib təhvil verəcəklər. Onlar buna zamanət vermirlər". Çəkiliş zamanı “Olympus Park”ın əməkdaşları orda olsalar da onlardan münasibət öyrənmək mümkün olmadı

Comments