Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Naxçıvanda camaat niyə İğdıra axın edir? - APA TV в хорошем качестве

Naxçıvanda camaat niyə İğdıra axın edir? - APA TV 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Naxçıvanda camaat niyə İğdıra axın edir? - APA TV

#APATV #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 Naxçıvanda camaat niyə İğdıra axın edir? - APA TV Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin İğdır bölgəsi arasındakı sərhəd məntəqəsi yalnız muxtar respublika qeydiyyatı olan vətəndaşlar üçün açıqdır. Təbii ki, bu hal yerli sakinlərin gəliş-gedişlərinə şərait yaradır. İğdır şəhərinin küçələrində hər addımda Azərbaycan dövlət nömrə nişanlı avtomobillərə rast gəlmək mümkündür. Bu da səbəbsiz deyil. Türkiyə lirəsinin ucuzlaşması bu ölkədə digər xarici ölkələrin pul vahidləri kimi Azərbaycan manatının da dəyər qazanmasına səbəb olub. Nəticədə naxçıvanlılar kütləvi şəkildə bu şəhərə axın edərək alış-verişlərini buradan edirlər. Son zamanlar alış-veriş üçün İğdıra gedib-gələnlərin sayı azalsa da hələ də alış-verişini buradan edən naxçıvanlılar üçün mağazalar xüsusi olaraq endirimlər də edirlər. Bəs onlar buradan daha çox nə alırlar? Hazırda yalnız muxtar respublika qeydiyyatı olan vətəndaşlar Naxçıvan üzərindən taksi və ya şəxsi maşınları ilə cəmi bir saatlıq məsafədə olan İğdıra gedib, alış-veriş edib elə həmin gün geri dönürlər. Ancaq sakinlərin bəziləri gömrük işçilərinin işindən narazıdırlar. Məsələ ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən bildirildi ki, keçid məntəqələrində bütün proseslər qanun çərçivəsində həyata keçirilir. “Vətəndaşların fikri müxtəlif ola bilər. Vətəndaşlar gətirdikləri məhsulların dövlət rüsumunu ödəyib, qəbzləri təqdim etdikdən sonra məhsullarını keçirə bilərlər ”- deyə, açıqlamada qeyd edilib. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments