Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Azərbaycanda qadağalar ləğv olunur: qərarları Tural Abbaslı şərh edir - Canlı debat в хорошем качестве

Azərbaycanda qadağalar ləğv olunur: qərarları Tural Abbaslı şərh edir - Canlı debat Трансляция закончилась 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Azərbaycanda qadağalar ləğv olunur: qərarları Tural Abbaslı şərh edir - Canlı debat

#Canli #Debat #TvMusavat #Zəngəzur #Moskva #Live #Siyaset #Əli Əsədov Baş nazir Əli Əsədovun təşəkkürünə etirazlar- Ə.Əsədov mayın 20-si Moskvada rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib ki, Azərbaycan prezidenti və hökuməti 44 günlük müharibə zamanı Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirib. Amma bu təşəkkür ölkənin bəzi müxalifət qüvvələrində etiraz doğurub. Rusiya prezidentinin müharibə vaxtı tutduğu mövqe, Qarabağın Azərbaycan ərazisi olduğunu və ölkəmizin ərazi bötüvlüyünü bərpa etməsi barədə bəyanatları olub. Sonra isə üçtərəfli sənədə imza atıb ki, bu da birmənalı olaraq Azərbaycanın xeyrinə olan sənəddir. Sonrakı mərhələdə də ermənilərin status iddialarını dəstəkləməyib və hazırda da sənədin icrasında mövqeyini dəyişməyib. Amma müxalifət də onu yada salır ki, Rusiya müharibədə Ermənistanı silahlandırıb, Şuşaya Rusiya istehsalı “İsgəndər” raketi atılıb. O halda Rusiya niyə təşəkkür edilməlidir? Zərifin Bakıya gözlənilməz səfəri - Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq. İranlı nazir Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək."Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır", - səfirlikdən bildirilib. İranın xarici işlər nazirinin səfəri Tehranın son vaxtlar Bakını narazı salan addımlar fonunda gerçəkləşməsi təsadüfi deyil. Son günlər bu barədə erməni mətbuatında da xəbərlər, eləcə də Qarabağa müəmmalı yardım karvanları getməsi barədə videolar yayılıb. Rəsmi Bakı bununla bağlı sükutu qorusa da, ölkə mətbuatında İranın bu addımları ciddi etiraz doğurub. Xüsusilə son günlər İran parlamentinin deputalarının anti-Azərbaycan bəyanatları da artıb. Azərbaycan prezidentinin işğaldan azad olunmuş rayonlara hər dəfə səfərində İranla sərhəddi dostluq sərhəddi adlandırmasına baxmayaraq, Tehrandan qeyri-adekvat addımlar atılır. Yəni Bakının İran təmsilçisindən soracağı və müzakirə edəcəyi bir çox məsələlər var. İranın hansısa narahatlığı varsa, onu da burada dilə gətirə bilər. Moskva rəsmi Bakının “rus ittifaq”ına qoşulmasında niyə bu qədər maraqlıdır? Xarici işlər nazirinin müavi Rudenko deyir ki, “Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmasına mane ola biləcək yeganə məqam təşkilatın Nizamnaməsinin bəzi bəndləridir. Həmin bəndlər təşkilat üzvü olan ölkələr arasında diplomatik münasibətləri ehtiva edir. Azərbaycanla Ermənistan arasında isə hazırda belə münasibətlər yoxdur. Həmin münasibətlər yaranan kimi - bunun gec və ya tez baş verəcəyinə ümid edirik - məsələni praktiki səviyyəyə qaldırmaq olar”. Açıqlamanın məğzində İrəvan və Bakıya ötürülən mesajlar var: İrəvana “sərhəd məsələsində KTMT-nin müdaxilə etməməyimizin səbəbi Azərbaycanı aramızda görmək istəyimizdir”, Bakıya “Ermənistanla münasibətlər qurulan kimi istəyimizi praktiki mərhələyə keçirəcəyik” deyirlər. Rusiyanın sərhəd məsələsində tərəf olmamasının səbəbləri arasında “hakim” rolunu risk altına atmamaq, Bakı və Ankara ilə üz-üzə gəlməməklə yanaşı, Azərbaycanın “rus ittifaq”larına qoşulması istəyi də yer alır. Ruslar Paşinyanın KTMT-yə davamlı müraciətinə cavabın gecikdirilməsi və Putindən hərbi yardım istəyinin cavabsız qalması ilə Bakıya “prosesə müdaxilə etmədik, əvəzində sizin üçün açdığımız qapıdan keçin” mesajını verir. Biz Qoşulmama Hərəkatının üzvüyük və hər hansı hərbi bloka qoçulmamaq öhdəliyimiz var. Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanarsa-hansı ki, Moskva da bunda maraqlı görünür-“Rus NATO”suna qoşulmaq şərti ola bilərmi? Sülh müqaviləsi imzalanarsa, Azərbaycan bloka qoşulmaq üçün Qoşulmama Hərəkatını tərk edə bilərmi? Prezidentin Ağdama xüsusi nümayəndə təyin etməsi- kimdir, haqqında olan bilgilər nədir? Bu və digər sualların cavabını bu gün Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik.

Comments