Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб İqtidar-müxalifət "duel"i : Elman Nəsirovla Əli Əliyev "Canlı debat"da в хорошем качестве

İqtidar-müxalifət "duel"i : Elman Nəsirovla Əli Əliyev "Canlı debat"da Трансляция закончилась 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



İqtidar-müxalifət "duel"i : Elman Nəsirovla Əli Əliyev "Canlı debat"da

Qarabağlı günlərimizin üstünə gün alırıq! İndi zaman da, Azərbaycan da Qarabağ üçün səfərbər olub! Amma post müharibə dönəmində həllini gözləyən problemlər və cavabını gözləyən suallar var. Gürcü eksperti sensasion iddiaa ilə çıxış edib və deyib ki, Qarabağdakı sülhməramlıların tərkibi əslində müharibə dövründə ermənilər tərəfdə döyüşmüş muzdlulardır. Söhbət məlum və məşhur "Vaqner"çilərdən gedir. Bu, doğru ola bilərmi, yoxsa, bizi Rusiyaya qarşı qoymaq cəhdidir? Məlumdur ki, Azərbaycan Baş Prokurorluğu Qarabağda Ermənistanın tərəfində vuruşan muzdlular haqda yeni-yeni cinayət işi açır, son olaraq iki liviyalı haqda həbs qərarı verilib. Bəzi iddialara görə, Azərbaycanda həbsdə düşmən ordu tərəfdən vuruşmuş 100-dən artıq terrorçu var. Bu arada xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri Tonayan da bildirib ki, müharibə dövründə Rusiya Ermənistana bütün yardımı edib... Daha bur mövzu, daha bir gündəm: Minsk Qrupu yenə gəlir, təhlükə qapımızı döyür: Bu dəfə cavabımız nə olacaq? ATƏT-in Minsk Qrupu Qarabağ mövzusuna yenidən qayıdır. Həmsədrlər bu həftə Polşada görüş keçirəcək. Sonra isə... Mövzularımızdan ən aktualı Qarabağa davam edən qanunsuz səfərlərdir. Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyan 22-24 yanvar tarixlərində Xankəndində olublar. Bu qanunsuz səfərin məqsədi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəsmiləri" ilə görüşlər keçirmək, diasporun ünvanlı yardımının təşkili və müharibədən sonrakı dövrdə mövcud proqramların təkmilləşdirilməsi üçün işlərin planlaşdırılması barədə müzakirələr aparmaq olub. Qazi və şəhid ailələri barədə daha bir Prezident sərəncamı verilib. Müharibədə əlil olmuş və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident yeni sərəncam verib. Bu sərəncamda əlil olmuş və şəhid ailələrinin mənzil probleminin həlli qarşıya vəzifə kimi qoyulub. Prezident Nazirlər Kabinetinin son müşavirəsində qaçqınlar üçün nəzərdə tutulmuş mənzillərin şəhid ailələrinə veriləcəyinin demişdi. İndi isə onların probleminin həlli ilə bağı konkret vəzifələr müəyyənləşdirilib. Dövlət onu qoruyanlara sahib çıxır. Bir sözlə, post müharibə dönəmində özünü göstərən, həllini gözləyən problemlər barədə iqtidar-müxalifət cəbhəsində mövqelər necədir? 44 günlük müharibə dönəmində bir araya gələn siyasi qüvvələr problemlərin həllində ortaq məxrəcə gələ bilərlərmi? Dopdolu bir ölkə gündəmi ilə iqtidar-müxalifət debatı baş tutur. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə YAP Siyasi Şurasının üzvü, deputat Elman Nəsirov "Canlı debat"da üz-üzə gələrək, ölkənin problemlərinə baxışlarını sərgiləyir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Comments