Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Pula möhtac jurnalistika ölüm döşəyində в хорошем качестве

Pula möhtac jurnalistika ölüm döşəyində 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Pula möhtac jurnalistika ölüm döşəyində

Biz, yəni media hər zaman başqalarından danışırıq. Yəni digər sahələrdəki problemlərdən. Media cəmiyyətdə baş verən neqativləri də göstərir. Bizi isə təəssüf ki, göstərən yoxdur. Özümüzdən başqa. İçi özümüzü yandırır, çölü özgəni. Media. Tez-tez tənqidlərə, hətta bəzən təhqirlərə məruz qalır. Amma heç kim bir dəfə soruşmur ki, media işçiləri, necəsiz? Bəlkə sizin də nəyəsə ehtiyacınız var? Var. Bu gün media sahəsi sudan çıxmış balığa bənzəyir. Ölməmək üçün çırpınır. Müxtəlif səbəblərdən. Məsələn, reklam bazarı. Gəliri aşağı olan sahədə sizcə əməkhaqları nə qədərdir? Təbii ki, az əməkhaqqı ilə də işini sevərək icra edə bilərsən. Amma bunun üçün gərək bu sahənin yaxşı mənada xəstəsi olasan. Amma xəstə çox deyil axı. Jurnalistika çətin peşədir. Beyin məhsuludur. Nəyisə yazmaq, hazırlamaq üçün saatlarla, bəzən günlərlə düşünmək lazımdır. Sonra onu izləyiciyə çatdıra, sevdirə bilmək. Lazım olanda şənbə-bazar da işləmək, bayramda da. Bəzən dövlət qurumlarının günlərlə sənin sualına cavab verməməyi də ayrı dərddir. Maaş az, iş çox. Jurnalist niyə bu qədər əziyyətə qatlaşsın ki? Bu gün medianın, xüsusilə TV-lərin ən böyük problemi kadr çatışmazlığıdır. Peşəkarların çoxu bu sahəni tərk edir. Əvəzində o çox tənqid etdiyimiz dövlət qurumları ikiqat, üçqat artıq maaşla peşəkarları mətbuat xidmətlərinə cəlb edir. Bu gün dövlət qurumlarında mətbuat katiblərinin katiblərinin katibləri də jurnalistlərdən daha çox maaş alır. Təbii ki, izləyicilərimiz qarşısında öz problemlərimizdən danışmaq istəməzdik. Amma necə deyərlər, bir az da öz günümüzə ağlayaq Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q... Facebook:   / ictimai.tv   Instagram:   / ictimaitv.official   Teleqram: https://t.me/tvictimai Sayt: https://itv.az/ Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Comments