Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Fuad Abbasov kimdir? в хорошем качестве

Fuad Abbasov kimdir? 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Fuad Abbasov kimdir?

#TarPas #Ənyaxşıvideo #KimKimdir Fuad Abbasov kimdir? Həm Rusiyada, həm də Azərbaycanda son günlər ətrafında spekulyativ dezinformasiyalar yayılan soydaşımız Fuad Abbasovun kim olduğunu bilirsinizmi? Tanıyanlar bilir, bəs tanımayanlar da bilirmi ki, Fuad Abbasov kimdir? 15 dekabr 1976-cı ildə Bakı şəhərində anadan olan Fuad Malik oğlu Abbasov 3 bacının yeganə qardaşıdır. O, 1993-cü ildə Bakı şəhərindəki 95 nömrəli orta məktəbi bitirib. Ali təhsilini Türkiyədə alıb. 1994-cü ildə İstanbul Universitetinin Jurnalistika fakültəsinin radio-televiziya bölümünə daxil olaraq, 2000-ci ildə oradan məzun olub. Türkiyədə oxuduğu vaxtlardan - 18 sentyabr 1997-ci ildən “İhlas” Xəbər Agentliyinin (“İhlas Haber Ajansı” - İHA) müxbiri kimi fəaliyyət göstərir. 1998-ci ildə “İhlas” Xəbər Agentliyinin Moskva bürosunu qurur və oraya xüsusi müxbir təyin olunur. Bu əməkdaşlıq uzun müddət - 6 aprel 2016-cı ilə qədər davam edir… O, həm də 18 sentyabr 2006-cı ildən 5 may 2009-cu ilədək Anadolu Agentliyinin jurnalisti kimi fəaliyyət göstərib. 6 aprel 2016-cı ildən təsisçisi olduğu MİSRA internet telekanalının rəhbəridir. Eyni zamanda İnformasiya Təşəbbüsləri Mərkəzinin də rəhbəridir. Aktiv şəkildə sosial şəbəkələrdə, video platformalarda fəaliyyət göstərir. Bütün bu tərcümeyi-hal sizlərə standard bir tərcümeyi-hal kimi görünə bilər. Amma… Amma Fuad Abbasovu bir şəxsiyyət kimi formalaşdıran onun Azərbaycanın milli maraqlarına uyğun tutduğu mövqe və bu mövqeni hər zaman müdafiə etməsi olmuşdur. Bu məqsədlə o, rus televiziya, radio, qəzet və internet mediasında çox sayda çıxışlar edib. O, demək olar ki, Rusiyanın dövlət telekanallarında regionumuza aid yayımlanan bütün verilişlərə dəvət olunurdu. O, bu verilişlərdə siyasi şərhçi kimi çıxış edirdi. İlk vaxtlarda onu proqramlarda türk jurnalisti kimi təqdim edirdilər. İnternet məkanında Fuad Abbasovun Azərbaycan əleyhinə çıxışlar edən müxtəlif ölkələrdən, o cümlədən Ermənistandan olan politoloqların əhatəsində ölkəmizin maraqlarını müdafiə etməsinə dair kifayət qədər videolar var. Rusiyada demək olar ki, bütün mətbuat orqanlarının ermənilərin əlində olduğu bir dövrdə Fuad Abbasov ekspert qismində Azərbaycan xalqının milli-mədəni maraqlarını qoruyan yeganə şəxs kimi tanınırdı. O, hətta Rusiya Prezidenti Vladimir Putinlə də görüşür və ona hədiyyə olunmuş “Niva” avtomobilini idarə edir. Abbasov Azərbaycanın Rusiyadakı səfirliyi və şəxsən fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu ilə də müsbət əlaqələr qurmağa nail olur. Populyarlıq və Azərbaycan xalqının rəğbətini qazanan Fuad Abbasov tutduğu mövqeyi ilə, antiermənistan təbliğatı aparması ilə dəfələrlə hədə və təqiblərə məruz qalmış, hətta Türkiyənin “İhlas” Xəbər Agentliyinin Moskva müxbiri vəzifəsindən azad olunmasına səbəb də iddialara görə onun Rusiya telekanallarında Azərbaycanın və Türkiyənin maraqlarını müdafiə etməsi olmuşdur. “İhlas” Xəbər Agentliyindən ayrıldıqdan sonra isə əsasən Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdıqları problemlərlə məşğul olur. Sosial şəbəkələrdə, əsasən də MİSRA adlı layihəni həyata keçirdiyi Yutubda aktiv fəaliyyət göstərir. O, 2019-cu ilin fevralında Moskvadakı restoranların birində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident zamanı da nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə həmyerlilərimizin etimadını doğruldur. Həmin vaxt məsələ az qala millətlərarası münaqişə səviyyəsinə qalxırdı. Azərbaycan və çeçen xalqları arasında dostluq körpülərinin bərpa olunmasında Abbasov bilavasitə rol oynayır. O, hətta bu qarşıdurmaların arxasında ermənilərin dayandığını da sübut etməyə nail olur. Bir neçə gün bundan əvvəl Fuad Abbasovun Rusiyada hüquq-mühafizə orqanları tərəfindən saxlanılması hazırda mətbuatın və sosial şəbəkələrin əsas mövzularından birinə cevrilmişdir. Qeyd edim ki, Moskva məhkəməsi 2019-cu ilin may ayının 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Moskvada yaşayan və fəaliyyət göstərən jurnalist soydaşımız Fuad Abbasov Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən məhkəmənin qərarı ilə saxlanılıb. Ən son məlumatlara görə Rusiya Apellyasiya məhkəməsi onun barəsində qəbul edilmiş qərara yenidən baxacaq. Fuad Abbasov ya ev dustaqlığı şəraitində öz işini hüquq müstəvisində davam etdirəcək, ya da Azərbaycana deport ediləcək. Hər şey Apellyasiya məhkəməsinin qərarından asılıdır. Bu videoda bəhs etmədiyim əsas məqamlardan biri isə çox təəssüfləndirici və həlledici bir məqamdır. Hansı ki, bu Rusiyadakı Azərbaycan diasporunun bəzi təmsilçiləri ilə bağlıdır. Beləliklə, Fuad Abbasov düşmən fitnəsi nəticəsində azərbaycanlıların azərbaycanlılarla mübarizəsinin növbəti qurbanıdır. Bu mübarizədə qalib isə heç şübhəsiz ki, düşmənlərimizdir. İnanıram ki, baş verən son hadisələr Azərbaycan xalqının xeyrinə, milli maraqlarımıza uyğun həllini tapacaq. Musiqi: Arms Dealer 4:32 Anno Domini Beats Səs effekti: Air Woosh Underwater 0:01 Su

Comments