Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qazaxın 4 kəndi bir güllə atılmadan qaytarıldı в хорошем качестве

Qazaxın 4 kəndi bir güllə atılmadan qaytarıldı 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qazaxın 4 kəndi bir güllə atılmadan qaytarıldı

Qazaxın 4 kəndi bir güllə atılmadan qaytarıldı Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə bu ölkələrin Baş nazirinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə komissiyalar bəzi məsələlərlə bağlı razılığa gəliblər. Qərara alınıb ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Ermənistanın Bağanis – Azərbaycanın Bağanis Ayrım, Ermənistanın Voskepar – Azərbaycanın Aşağı Əskipara, Ermənistanın Kirants – Azərbaycanın Xeyrimli və Ermənistanın Berkaber – Azərbaycanın Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin. Bu, Tərəflər arasında 2024-cü il mayın 15-dək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. O da razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 2024-cü il iyulun 1-dək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber   / baku.tv     / bakutvofficial   https://www.baku.tv ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI   QAPQARA ➧    • QAPQARA   AYDIN TARİX ➧    • AYDIN TARİX   ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?   O VAXTLAR ➧    • O VAXTLAR   SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD   BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK   BAKU MED ➧    • BAKU MED   RƏSMİLƏR ➧    • RƏSMİLƏR   BAKU AKTUAL ➧    • BAKU AKTUAL   RETRO BAKU ➧    • RETRO BAKU   ARAŞDIRMA ➧    • ARAŞDIRMA   44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA   QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI   QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI   Qazaxın 4 kəndi bir güllə atılmadan qaytarıldı 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #qazax #4kənd #ilhaməliyev #zəfər #ermənistan #azərbaycan #delimitasiya #paşinyan #nikolpaşinyan

Comments