Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Əsas xəbərlər 14.08.2021 Xankəndi TƏCİLİ BOŞALDILIR - Orduya ƏMR VERİLDİ в хорошем качестве

Əsas xəbərlər 14.08.2021 Xankəndi TƏCİLİ BOŞALDILIR - Orduya ƏMR VERİLDİ 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Əsas xəbərlər 14.08.2021 Xankəndi TƏCİLİ BOŞALDILIR - Orduya ƏMR VERİLDİ

Taliban qüvvələri Əfqanıstanın Uruzqan vilayətinin mərkəzi Tarin Kot və Zabul vilayətinin mərkəzi Kalatı ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə hökumət rəsmilərinin açıqlamasında deyilib. Bununla da Talibanın 34 vilayət mərkəzindən 18-ni nəzarətinə keçirdiyi bildirilib. - Ermənistan sərhəddə Azərbaycan ordusunun mövqelərini atəşə tutdu; - Qarabağdakı erməni terrorçular Füzuli, Xocalı və Şuşa istiqamətində atəş açdı. Rusiya MN-nin “Azərbaycan “Dağlıq Qarabağ”ın silahlı birləşmələrinə atəş açıb” iddiasından sonra Bakı bu informasiya ilə Moskvaya cavab verir: sərhəddə atəşkəsi pozan Ermənistan, Qarabağda atəş açan erməni terrorçularıdır. Sərhəddə də, Qarabağda da mövcud vəziyyət gərgindir: Bakının prinsipial mövqeyi rusların istəklərinə uyğun gəlmir və eskalasiyanın davam edəcəyi gözləniləndir. Diqqətçəkən əsas məqam Qarabağda erməni terrorçuların açdığı atəşlə bağlı Azərbaycanın Rusiya sülhməramlılarına müraciət etməməsidir. Bu, Bakının “Dağlıq Qarabağı” tərəf kimi təqdim etməyə çalışan Rusiyaya “sülhməramlı missiyanı” qəbul etmədiyi mesajı kimi qəbul oluna bilər. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 16:25-dən 20:30-dək fasilələrlə Basarkeçər rayonunun Aşağı Zağalı, Zərkənd və Çəmbərək rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Xankəndidəki terrorçuların “xarici işlər naziri” David Babayan ermənilərin Qarabağda qalmaq istəmədiyini açıq şəkildə etiraf edib: “Burada yaşamağa davam etməliyik, Qarabağda həyat sadəcə yaşamaq deyil, xüsusi bir missiyadır. Ona görə buna davam etməliyik. Əlbəttə, bu cəhdlər nəticə vermir, amma insanların ümidini, inancını gücləndirmək üçün hər şeyi etməliyik”, – Babayan deyir. Və bununla təsdiqləyir ki, qondarma rejim ermənilərin köçünün qarşısını ala bilmir. Qondarma “nazir” bir neçə həftə öncə rus jurnalist Darya Aslamovaya müsahibəsində də əhalinin köçünün başlandığını etiraf etmişdi. Erməni jurnalist Tsovinar Barxudaryan isə rus sülhməramlılarına bel bağlamaq haqda danışarkən deyirdi ki, gələcək naməlumdur: “İnsanlar bilmirlər ki, getsinlər, yoxsa qalsınlar, 4 il sonra nə olacağını bilmək çətindir, biz bir həftə sonra nələr olacağını bilmirik”. Son bir həftədə Xankəndidəki ermənilərin 30 faizi susuz qalıb. Onlar həm də yeni müharibənin olacağından qorxurlar. “44 günlük müharibədə xeyli uğur qazanıb torpaqlarımızın böyük hissəsini azad etsək də, Azərbaycan komandanlığının iki səhvi oldu. Birinci səhv nədən ibarət idi?  Son iki yüzillik tarixdə əlimizə yeganə şans düşmüşdü ki, erməniləri Qarabağdan birdəfəlik çıxaraq.  Gəncəyə, Bərdəyə atılan ballistik raketlərdən sonra Xankəndidə daş üstdə daş qalmamalıydı. Oradakı separatçı-terrorçu rejim rəhbərliyinin fəaliyyət göstərdiyi inzibati binalar vurulmalı idi, qanunsuz “parlament” binası dağıdılmalıydı. O vaxt belə etsəydik, yəni payızda Xankəndini şumlasaydıq, bu gün Şuşanın, Xocavəndin, Xocalının kəndlərində ordumuza atəş açmağa erməni qalmazdı...” Yenisabah.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında  son günlər Qarabağda, o cümlədən Şuşanın kəndləri istiqamətindəki erməni silahlı birləşmələri tərəfindən atəşkəsin pozulmasına münasibət bildirən ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov söyləyib. “Xankəndi bütün keçmiş Daqlıq Qarabağda yaşayan ermənilərin “beyin, kompüter mərkəzi”dir – hər şey oradan idarə olunur. Bu, yeganə şans idi ki, o mərkəzi məhv edib erməniləri iflic vəziyyətində qoyaq. Təəssüf ki, nədənsə bunu etmədik. Indi orda separatçı-terrorçu rejim Rusiya hərbçilərinin himayəsində özü üçün fəaliyyət göstərir, “nazir”lər təyin olunur, “parlament” “qanun” qəbul edir” – açıqlamasının ardında belə deyən keçmiş komandir sual edib:  “Bir hərbçi kimi başa düşmürəm, 10 min metr hündürlükdən PUA-larla tankları, piyadaları vura bildilər,  amma Gəncəyə, Bərdəyə ballistik  raket atılmasına əmr vermiş Araikin-filanın Xankəndidə  əyləşdiyi inzibati binaları vura bilmədılər? Niyə saxta “parlament” binasını vurmadılar? Niyə onların yaşayıb fəaliyyət göstərməsi üçün şərait yaradıldı? Deyirlər ki,  Xankəndini çox vursaydıq, Rusiya bir yana,  bütün Qərb, Amerika, Avropa Azərbaycanın üstünə düşəcəkdi? Başa düşə bilmirəm, Xankəndidəki ermənilər

Comments