Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Yeni Saz Havasi Qoca Qartal - SazMen Ceyhun [ Yeni Klip 2020 Yeni Mahnilar Yeni Oyun Havalari Klip ] в хорошем качестве

Yeni Saz Havasi Qoca Qartal - SazMen Ceyhun [ Yeni Klip 2020 Yeni Mahnilar Yeni Oyun Havalari Klip ] 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Yeni Saz Havasi Qoca Qartal - SazMen Ceyhun [ Yeni Klip 2020 Yeni Mahnilar Yeni Oyun Havalari Klip ]

#CeyhunSazMen #Super #İfa Əlaqə üçün (055)890 76 27 İfa : Ceyhun SazMen Mus Söz : Əzaflı Mikayil Aranj: Dostlar Studio Rejisor :Sabuhi Bayramov Klipdə musiqiçilər Ceyhun Qrup Trio çəkliş Zerb~Elmir İsmayilov Sintez~Eşqin Yusibov Solni Sintez ~ Tural Cümüşdov Udarnik ~ Emin Qoca qartal, nə gəzirsən,    Dağlar qoynunda, qoynunda.    Bala gördüm anasının    Ağlar qoynunda, qoynunda.      Niyə qəlbin qaralıbdı,    Gül üstünü xar alıbdı.    Şamamalar saralıbdı,    Tağlar qoynunda, qoynunda.      Bir həkim yara bağlayır,    Bir həkim sinə dağlayır.    Bağban gördüm, gül ağlayır    Bağlar qoynunda, qoynunda.      Azaflı, yaz, dilə gəlməz,    Uçdu sonan, gölə gəlməz.    Keçən keçdi ələgəlməz    Çağlar qoynunda, qoynunda.   Azərbaycan aşıq şeirinin ən parlaq incilərindən olan bu gəraylının müəllifi Mikayıl Azaflıdır (1924-1990). Qartal bizim bədii təfəkkürümüzdə həmişə ucalıq, vüqar, məğrurluq rəmzi olub və şeirimizdə məhz belə inikas olunub. Amma bu gəraylıda Qoca Qartala müraciət olunsa da, əslində, sözbətin məğzi insan ömrünün bir daha ələkeçməz anları barədədir. Elə anları ki, şamamalar saralıb, bağban qan ağlayır, sonalar daha gölə gəlməz. Poeziyada həmişə təbiətin solan vaxtı ilə insan ömrü arasında assosiasiya ilə qarşılaşmışıq. Təbii ki, bu gəraylıda Azaflının ifadə etdiyi fikir parlaq şəkildə də öz inikasını tapıb. Belə nadir poetik incilərə biz klassik aşıq şeirində az rast gəlməmişik. Şeirin gözəlliyi öz yerində..Burada klassikaya bağlılıqla (müticəsinə yox, yaradıcılıqla!) yanaşı, həm də XX əsrin poetik təfəkkürünün izləri, cizgiləri duyulmaqdadır. #Toy #ToyMahnilari #Qocaqartal #sazhavalari #sazpopuri #oyunhavalari #bakitoyu #gencetoyu #semkir #şəmkirtoyu #oyunhavalari #oyunhavaları #azerbaycan #yenimahnilar

Comments