Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Tural Sadıqov evə yazılan həkim terapevt Gülnar Ağayeva haqqında İTV-yə müsahibə verib в хорошем качестве

Tural Sadıqov evə yazılan həkim terapevt Gülnar Ağayeva haqqında İTV-yə müsahibə verib 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Tural Sadıqov evə yazılan həkim terapevt Gülnar Ağayeva haqqında İTV-yə müsahibə verib

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov İTV kanalına verdiyi müsahibəsində sağalaraq evə yazılan həkim terapevt Gülnar Ağayeva barəsində məlumat verib. Gülnar Ağayeva Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti kimi ön cəbhədə kovid xəstlərini müalicə etdiyi zaman virusa yoluxmuşdur. Digər tibb müəssisəsində müalicə almasına baxmayaraq Gülnar həkimin səhhəti yaxşılaşmağa doğru getmədiyi və əksinə günü-gündən səhhətinin ağırlaşması müşahidə olunduğundan o, 12 avqust tarixində Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirilmişdir. Daxil olarkən onun vəziyyəti kritik ağır, saturasiyası aşağı olmuş, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkmişdir. Hospitalın reanimatioloqlarının, infeksionist həkimlərinin və orta tibb personalının, bir sözlə böyük bir komandanın gecə-gündüz demədən gərgin əməyi sayəsində Gülnar Ağayeva sağalaraq doğmalarının yanına qayıtmışdır.

Comments