Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xankəndi BU TARİXDƏ Alınacaq - XƏRİTƏ HAZIRDIR в хорошем качестве

Xankəndi BU TARİXDƏ Alınacaq - XƏRİTƏ HAZIRDIR 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xankəndi BU TARİXDƏ Alınacaq - XƏRİTƏ HAZIRDIR

#BirBax #Xankendi #Qarabag "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 İrəvan erməniləri Azərbaycan dilini öyrənməyə başlasınlar. Çünki Bakının antiterror əməliyyatı hər an başlaya bilər. Əməliyyat başlasa, bu yay xankəndi Azərbaycanın nəzarətinə keçəcək. - ya xoşluqla, ya da zorla. Siz bir bax kanalındasınız. Videonu bəyənərə bizə dəstək olun! Ermənilərin “Şeytan yuvası” qurduqları Xankəndində əməlli-başlı panika yaranıb. Bunu səbəb Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun bu yay Xankəndinin Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı yazdığı paylaşımıdır. Onlar bunu Azərbaycan tərəfinin Qarabağdakı erməniləri qorxudub oradan çıxarmağa yönəlik “qara PR” aktı, hətta “terrora çağırış” olaraq yozublar. Separatçı ünsürlərin başında gedənlər iddia ediblər ki, 10 noyabr üçtərəfli sənədində belə bir şey yoxdur. Onlar erməni əhalini sakitləşdirməyə, təlaşa düşməməyə çağırıblar. Qondarma parlament sədri Artur Tovmasyan, eləcə də qondarma xarici işlər naziri David Babayan təşvişə düşmüş Qarabağ ermənilərini sakitləşdirmək üçün onlara müraciət edib. Bildirib ki, bu ərazilər Azərbaycanın tərkibində ola bilməz. Onlar tam azadlıq belə əldə edəcəklər. “İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək”. Bunu isə Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan Əhməd Şahidovun açıqlamasına reaksiyasında yazıb. Beləcə, öz kölgələrindən qorxan, sanki “tikan üstündə” oturmuş separatçı xoflu tör-töküntülər ümidlərini yalnız rus sülhməramlılarına, yəni Rusiyaya. Çünki Rusiya 10 noyabr sənədinin əsas təşəbbüskarı və qarantoru kimi və ən önəmlisi, öz sülhməramlılarını bölgədə yerləşdirmək şansı qazanmaqla, faktiki, həmsədrlik institutundan çıxıb və onu mənasız edib. 10 noyabr sənədinə gəlincə, onun 4-cü bəndinin girişində yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Yəni keçmiş DQMV-nin hələlik bizim nəzarətimizdə olmayan hissəsində Rusiya hərbçiləri varsa, artıq erməni qanunsuz hərbi dəstələri, “artsax-martsax ordusu” mövcud ola bilməz. “Biri varsa, o biri yoxdur” prinsipi, bir-birini inkar edən gecə-gündüz kimi... Rus sülhməramlıları isə orada çoxdan yerləşib. Deməli, onların nəzarətindəki hissədə bu günə heç bir erməni yaraqlısı qala bilməz, Qalıbsa, o zaman belə çıxır ki, Rusiya tərəfi öz öhdəliyinə əməl eləmir, imza atdığı sazişi pozur və Bakı da buna uyğun davranmalı olacaq. Yəni antiterror əməliyyatının qaçılmaz olması məsələsi. Başqa yandan, bəllidir ki, 10 noyabr sənədini heç bir üzdəniraq rəhbərlər deyil, məhz Ermənistan dövləti imzalayıb. Bununla da özünün işğalçı ölkə olduğunu rəhbəri Nikol Paşinyanın imzası ilə təsdiqləyib. İndi əgər işğalçı dövlət müharibədə uduzduğunu imzası ilə təsdiq və etiraf edibsə, deməli, Azərbaycanın yerdə qalan ərazisindən də o, öz silahlı qüvvələrini çıxarmalıdır ki, işğal altındakı digər məntəqələrimizdə, o cümlədən Xankəndində Azərbaycanın suverenliyi bərqərar olsun. Bunu anlamaq, qəbul eləmək ola bilsin separatçı ünsürlər üçün çox ağırdır. Ancaq gec-tez mütləq qəbul edəcəklər. Eləcə də Xankəndinin Azərbaycan dövlətinin tərkibindəki şəhərlərdən biri olması gerçəyini. İyundan sonra olmasın, bu yay olsun. Bu yay olmasın, bu il olsun, Xankəndi mütləq nəzarətimizə keçəcək! Uzaq yox, məhz yaxın perspektivdə. Çünki proses 6 aydır başlayıb. “Artsax-martsax qatarı çoxdan gedib. Yaxşı olar ki, indi Qarabağ anklavında qalan ermənilər çürük və cəfəng iddialarla, “çəhrayi arzularla” yaşamaqdansa, yavaş-yavaş Azərbaycan dilini öyrənməyə başlasınlar. Elə Azərbaycan həbsxanalarının çoxdan darıxdığı erməni separatçı-canilər də. Çünki məhkəmələr Azərbaycan dilində aparılacaq...

Comments