Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qubad İbadoğlu: Həbsdə olduğum müddətdə bu sistemi daha da yaxından tanıdım в хорошем качестве

Qubad İbadoğlu: Həbsdə olduğum müddətdə bu sistemi daha da yaxından tanıdım 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qubad İbadoğlu: Həbsdə olduğum müddətdə bu sistemi daha da yaxından tanıdım

Ötən ilin 23 iyulu, saat 1 radələri. İqtisadi elmlər namizədi Qubad İbadoğlu və həyat yoldaşı İradə Bayramova maşınla gedərkən 4-5 mülki maşın tərəfindən əhatələnir və daha sonra 20 nəfərin hücumuna məruz qalır. Onlar maşından çıxarılır, zorakılığa məruz qalırlar. Polis bölməsində Qubad İbadoğlu döyülür və vəkili ilə görüşü yubadılır. Bir gün sonra Nərimanov rayon məhkəməsi onun barəsində 3 ay 26 günlük həbs-qətimkan tədbiri seçdi. Ofisində illeqal axtarış nəticəsində polis 40.000 dollar tapdığını dedi. İbadoğlu isə ofisin illərdir fəalliyət göstərmədiyini bildirib, həbsini birbaşa İlham Əliyevin sifarişi adlandırdı. Hökumət mediası Qubad İbadoğlunun həbsini FETÖ qruplaşması ilə əlaqəsinə bağladı. Rəsmi istintaq prosesində isə bu ad ümumiyyətlə hallanmadı. Hökumət mediasında onu müxtəlif itithamlarla ləkələməyə çalışdılar. Həbsindən sonra onun sağlamlığı da ciddi risk altına düşdü. Qan şəkərinin artması, ailəsinin iddiasına görə, İbadoğlunun həyatını da risk altına alırdı. Bununla belə, onun xəstəxanaya köçürülməsi barədə vəsatətləri təmin edilmirdi. Əvəzində məhkəmələr, Qubad İbadoğlunun istintaq dövründə həbs müddətini bir neçə dəfə artırdı. Beynəlxalq reaksiyalar da həbsi birmənalı pisləyirdi. Human Rights Watch həbsi müxalifləri susdurma kampnaiyasının bir hissəsi kimi şərh etdi. ABŞ Dövlət departamenti və Avropa Birliyindən də həbslə bağlı narahatlıqlar ifadə edildi. Müxtəlif ölkə parlamentlərində onun azad edilməsi üçün çağırışlar səsləndi. Həmçinin bir neçə ölkədən akademiklər də Qubad İbadoğlu üçün azadlıq kampaniyasına qoşuldular. 22 aprel səhər saatlarında isə xəbər yayıldı ki, bir qrup Amerika konqresmen bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Layihədə ölkədə qanunun aliliyi və insan hüquqlarının pozulmasında fəal rol oynayan 40-dan çox Azərbaycan məmuruna sanksiya nəzərdə tutulur: “Layihənin qəbul edilməsi Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla izah olunur. Xüsusən, Qubad İbadoğlu da daxil olmaqla, müxalifət liderlərinin, fəalların və hökuməti tənqid edənlərin həbs edilməsi xatırladılır. Bu xəbərdən bir neçə saat sonra isə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı xəbər yayıldı. Əlbəttə, qərarın xəbərlə əlaqəsi barədə danışmaq tezdir, amma dəqiq olan odur ki, Qərbin “dərin narahatlıq” ritorikası ciddiləşdikcə Azərbaycan hökumət də addımlarını daha çox düşünmək məcburiyyətində qalır.

Comments