Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xəzər Süleymanlı-SƏN DEMƏ, TƏZƏDƏN SEVMƏK OLARMIŞ (Nüsrət Kəsəmənlinin şeiri) в хорошем качестве

Xəzər Süleymanlı-SƏN DEMƏ, TƏZƏDƏN SEVMƏK OLARMIŞ (Nüsrət Kəsəmənlinin şeiri) 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xəzər Süleymanlı-SƏN DEMƏ, TƏZƏDƏN SEVMƏK OLARMIŞ (Nüsrət Kəsəmənlinin şeiri)

şeir: Nüsrət Kəsəmənli səs: Xəzər Süleymanlı piano: Vüsal Namazlı Sən demə təzədən sevmək olarmış, Tale də təzədən gülə bilərmiş, Küsüb gözüyaşlı gedən məhəbbət Peşiman-peşiman dönə bilərmiş. Ürək bulud kimi boşalırsa da Demək bulud kimi təzədən dolur. Sonuncu şöləsi titrəyən şamdan Ayrı bir şamı da yandırmaq olur. Sən demə təzədən sevmək olarmış, Köhnə yaraları vaxt, zaman silir, Kəsilən budaqla ölən ağaclar Təzə pöhrələrlə dirilə bilir. Ağlaya-ağlaya dünyaya gəlib Biz ana südüylə gülməmişikmi?! Hər axşam sapsarı batan günəşi Hər səhər təzə-tər görməmişikmi? Sən demə təzədən sevmək olarmış, Sevgi fürsət deyil quş kimi uça. Nə də kölgədir ki, Qaçasan qova, Ya da sən qovasan O səndən qaça... Çıxarsan qəlbindən ötən sevgini, Bir gün də tənhalıq sıxacaq səni. Kiməsə etdiyin yaxşılıq kimi Məhəbbət qarşına çıxacaq sənin. İlk sevgi yuvadan düşən quşcuğaz, Körpə qanadları pöhrələnməyib. Məcnunun ahıyla uçan məhəbbət Min hiylə əliylə yerə enməyib... Mən ki görməmişəm sevgini susan, Məhəbbət zirvədə bəslənən qarmış. Kim deyir bir dəfə sevilir insan, Sən demə hər zaman sevmək olarmış... #xezersuleymanli #xəzərsüleymanlı Facebook:   / xzrslmnli   İnstagram:   / xezersuleym.  . Tik-tok: https://vm.tiktok.com/ZSdSfdWxj/ Telegram: https://t.me/xezer_suleymanli

Comments