Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Yasamalda evi söküləcək sakin: "11 nəvəmi kimin evinə aparım?"

Bakının Yasamal rayonu, Qanlı göl ətrafında yaşayan sakinlər evlərinin sökülməsi təhlükəsi ilə üzləşiblər. Onlar BBC Azərbaycancaya deyiblər ki, ərazidə yaşayış kompleksi tikmək istəyən Kristal Abşeron şirkəti onlara heç bir xəbərdarlıq etmədən, onlarla razılaşmadan evlərini sökməyə başlayıb. Sakinlər deyirlər ki, onlar uzun illərdi burda məskən salıb, ev-eşik tikiblər və öz evlərindən heç yerə getmək istəmirlər. Sakinlər deyirlər ya şirkət onları elə bu ərazidə mənzillə təmin etsin, ya da elə təzminat ödəsin ki, onlar uzun illər yaşadıqları bu ərazidə özlərinə ev ala bilsinlər. Kristan Abşeron tikinti şirkətindən BBC News Azərbaycancaya bildirilib ki, Qanlı gölün şimal-qərb hissəsi tikinti, layihələndirmə işləri aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə onlara verilib. Kristal Abşeron sakinlərin bu ərazidə qanunsuz məskunlaşdığını deyir və əlavə edir ki, buna baxmayaraq, onlarla razılığa gəlməyə çalışıb. Şirkətin BBC-yə göndərdiyi yazılı cavabda bildirilir ki, Kristal Abşeron sakinlərə balansındakı hazır mənzilləri təklif edib, bununla razılaşmayanlara isə tikiləcək yaşayış kompleksi hazır olanadək daşınma və kirayə xərcini ödəməyi təklif edib. Amma bəzi sakinlər təklif olunan hazır mənzillərin uzaq ərazilərdə yerləşməsini əsas gətirərək bununla razılaşmır. Kristal Abşeron hələlik çəpərlərin söküntüsünə başlanıldığını deyir. Amma hadisə yerində olan BBC müxbiri çəpər yox, daş hasarın dağıdıldığını, bir sayğacın isə qırıldığını müşahidə edib. Şirkətdən BBC-yə bildirilib ki, evlərin söküntüsü yalnız sakinlərlə rəsmi şəkildə razılıq əldə olunandan sonra aparılacaq. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook:   / bbcnewsazeri   Twitter:   / bbcazeri   Instagram:   / bbcazeri   WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün    • Azərbaycanda bu gün   Qarabağ münaqişəsi    • Qarabağ münaqişəsi   Dünyada bugün    • Dünyada bugün   Bölgələrdən    • Bölgələrdən   Qadınlar, sizin üçün    • Qadınlar, sizin üçün   1 dəqiqəlik videolar    • 1 dəqiqəlik videolar   Müsahibələr – Sizin səsiniz    • Müsahibələr - Sizin Səsiniz   Azərbaycanlılar Britaniyada    • Azərbaycanlılar Britaniyada   Niyə, nə üçün - izahedici videolar    • Nə və niyə?   Gənclər sizin üçün    • Gənclər, sizin üçün   Sosial problemlər    • Sosial problemlər   Dünya xəbərləri bülleteni    • Dünya xəbərləri bülleteni   Mənim Şəhərim    • Mənim Şəhərim   Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda    • Birinci Dünya Müharibəsi: Səngərlərdə...   Sizin Sözlərinizlə    • Sosial media icmalı - Sizin şərhləriniz   Britaniyada tələbə olan azərbaycanlılar    • Britaniyada tələbə olan azərbaycanlılar  

Comments