Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Məcburi köçkün ev alsa da, 30 ildir məskunlaşdığı evi tərk etmir - Hissə-hissə satır - APA TV в хорошем качестве

Məcburi köçkün ev alsa da, 30 ildir məskunlaşdığı evi tərk etmir - Hissə-hissə satır - APA TV 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Məcburi köçkün ev alsa da, 30 ildir məskunlaşdığı evi tərk etmir - Hissə-hissə satır - APA TV

#APATV #qaraçuxurqəsəbəsi #məcburiköçkün #ev #kirayə #kirayəev #qaçqın #dövlətkomitəsi #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Məcburi köçkün ev alsa da, 30 ildir məskunlaşdığı evi tərk etmir - Hissə-hissə satır - APA TV Qaraçuxur qəsəbəsi, 4042–60 ünvanının qanuni sakinləri 30 illik problemlərini heç cür həll edə bilmirlər. Sakinlər APA TV-yə bildiriblər ki, 30 il öncə məcburi köçkünlər onların icazəsi olmadan evlərində məskunlaşıblar. Sonradan həmin məcburi köçkünlərin bir çoxlarına dövlət tərəfindən ev verilsə də, oranı tərk etməyiblər. Əksinə yaşadıqları mənzilləri bölüb başqalarına satırlar. Bütün bunlara baxmayaraq, mənzillərin əsl sahiblərinin aidiyyəti qurumlara çoxsaylı şikayətləri nəticəsiz qalır. Məsələ ilə bağlı deyilən ünvanda məskunlaşan məcburi köçkünlərin mövqeyini də öyrənmək istədik. Amma bu barədə danışmaqdan imtina etdilər. Binanın həyətində çəkilişi davam etdirməyimizi isə əsəblə qarşıladılar. Səs-küy səbəbindən əraziyə bir neçə polis əməkdaşı cəlb olundu və mübahisənin böyüməsinin qarşısı alındı. Yaranmış problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin departament direktoru İbrahim Mirzəyev APA TV-yə bildirib ki, məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılması onların səlahiyyətində deyil: “Sorğunuza cavab olaraq bildiririk ki, Bakı Şəhəri Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, tikintisi yarımçıq qalmış binada, başqasına məxsus mənzillərdə müvəqqəti yerləşmiş məcburi köçkünlərlə bağlı Dövlət Komitəsi məlumatlıdır. Komitə rəhbərliyi tərəfindən bir neçə dəfə onlarla görüşlər də keçirilib. Bu istiqamətdə işlər aparılır. Qeyd edilən ünvanda məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Əliyeva Arzu Firudin qızı şəhid ailəsi olduğu üçün 2019-cu ildə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, yeni istifadəyə verilmiş yaşayış kompleksində, ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilib. Nəzərinizə çatdırırıq ki, məcburi köçkünlər üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad edilmiş ərazilərdə, Respublikanın şəhər və rayonlarında müxtəlif təyinatlı müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərin köçürülməsi zamanı adıçəkilən ünvanda yaşayan məcburi köçkünlər də köçürüləcək”. Ədliyyə Nazirliyindən isə bildirdilər ki, ictimai binalarda, mənzillərdə, torpaq sahələrində, obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin borclu olduğu məhkəmə qərarlarının icrası məsələləri daim diqqətdə saxlanılır. Keçmiş məcburi köçkünlər Böyük Qayıdışla bağlı təşkilati işlər çərçivəsində hüquq və vəzifələri izah edilərkən onlar zəbt etdikləri sahələrdən çıxmalarının zəruriliyi və digər məcburi icra tədbirlərinin görülməsi barədə məlumatlandırılırlar. Məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə qayıdışı üzrə tədbirlərin həyata keçirildiyi nəzərə alınaraq qeyd olunan məhkəmə qərarlarının icrası üzrə zəruri tədbirlər davam etdirilir, bu sahədə müvafiq Komitə ilə qarşılıqlı iş aparılır. Mövzuya qayıdacağıq. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments