Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger в хорошем качестве

Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger 3 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger

Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger “Cəbrayılda qəbiristanlıqları dağıdıb, onun yerində üzüm bağları salan və həmin məhsuldan şərab və digər spirtli içkilər əldə edib satanların Tanrıya çağırışlar etməsi kilsənin biabırçı oyunudur”. Bu sözləri erməni bloger Roman Baqdasaryan Ermənistanda keçirilən etiraz aksiyaları ilə bağlı etdiyi videomüraciətində deyib. Bildirib ki, ölkədəki vəziyyət siyasi dondan çıxaraq dini libasa bürünüb. Aksiya təşkilatçılarının çirkab əməllərini unudub Tanrıya sığınmaq istəmələrini isə bloger ikiüzlülük adlandırıb: “Mövzudan çox uzaqlaşmadan Araik Arutyunyanın və onunla eyni ağılda olan Bako Saakyanın xatirəsini də yad etmək istəyirəm. Onların nə etdiklərini sizə izah edəcəyəm. O zaman dərk edəcəksiz ki, bu insanların dinlə, Tanrı ilə, vicdanla bir əlaqəsi yoxdur. Cəbrayıl yaxınlığında ermənilərin basdırdığı minaları həmin ərazilərdən təmizləyərək azərbaycanlıların qəbiristanlıqlarını yerlə-yeksən edərək sözügedən ərazilərdə üzüm bağları salanlar hansı dindən danışa bilər? Bunlar erməni hərbçilərinin təhlükəsizliyini düşünməyən, öz xeyrini güdən vicdansızlardır. Ölüyə, diriyə, torpağa hörməti olmayanlar indi siyasi istəklərini, məkrli planlarını həyata keçirmək üçün din təlxəyinin əli ilə aksiyalar təşkil edir. Utanmadan bununla Tanrıya yaxın olmaq istəyirlər? Yeri gələndə Nikol Paşinyanı bəyənmirlər. Etirazlarla onun istefasını tələb edirlər. Xatırladım ki, elə Nikol Paşinyan həm kilsə, həm də kilsəyə aparan yolların təmirinə pul ayırıb. Nə edibsə, o edib. Millətin aqibətini düşünərək müharibəni dayandırıb. Siz isə quyruq bulayanlara uyaraq onu devirmək istəyirsiniz?”. Videomüraciətində izləyicilərinə “Siz onların dinə, Tanrıya olan etiqadına inanırsınız?” deyə sual ünvanlayan Roman Baqdasaryan onlardan aldığı cavablardan ürəklənərək daha alovlu çıxış edib: “Bu küçələrə çıxan etirazçı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? Niyə demirsiniz ki, sizin davanız ərazi və ya din uğrunda çağırış deyil. Deyin ki, siz N.Paşinyanı devirib hakimiyyət istəyirsiniz. Milləti öz xeyriniz, gəlirləriniz naminə rəzil gününə qoymaq istəyirsiniz. Yaxşı, bir sual daha verim. Şuşa həbsxanasında günahsız insanları zülmlə, əzabla öldürəndə “Tanrı var” ifadəsi niyə yadınıza düşmürdü? Onların ağrı-acıları kilsədə eşidiləndə Tanrı da eşidir niyə demədiniz? Yüzlərlə insanın qanına əli batanların Tanrı indi yadına düşdü?”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber   / baku.tv     / bakutvofficial   https://www.baku.tv ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI   QAPQARA ➧    • QAPQARA   AYDIN TARİX ➧    • AYDIN TARİX   ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?   O VAXTLAR ➧    • O VAXTLAR   SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD   BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK   BAKU MED ➧    • BAKU MED   RƏSMİLƏR ➧    • RƏSMİLƏR   BAKU AKTUAL ➧    • BAKU AKTUAL   RETRO BAKU ➧    • RETRO BAKU   ARAŞDIRMA ➧    • ARAŞDIRMA   44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA   QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI   QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI   Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #etirazlar #ermənistan #ermənibloger #keşiş #etirazaksiya #romanbaqdasaryan #paşinyan #nikolpaşinyan #şuşa #cəbrayil #kilsə #irəvandamitinq #arayikharutyunyan

Comments