Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб “Azərbaycan əsgərləri hər gün irəli gəlir” - Xoznavar kəndinin sakinləri Qaragöl barədə danışır в хорошем качестве

“Azərbaycan əsgərləri hər gün irəli gəlir” - Xoznavar kəndinin sakinləri Qaragöl barədə danışır 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



“Azərbaycan əsgərləri hər gün irəli gəlir” - Xoznavar kəndinin sakinləri Qaragöl barədə danışır

Ermənistan informasiya vasitələrinin məlumatına görə, mayın 20-də Azərbaycan ordusunun daha 30-a yaxın əsgəri Ermənistanın Sünik vilayəti Xoznavar kəndi ərazisinə daxil olub. Məlumatı Sünik vilayətinin administrasiyası da təsdiq edib. Kənddən qadın və uşaqların təxliyə edildiyi bildirilir. Yerli sakinlər Yerevan hakimiyyətinin sərhədlərin qorunması və əhalinin müdafiəsində biganəlik göstərməsindən narazıdır. Bəzi sakinlər müdafiə üçün hökumətdən silah tələb edir. Bu videoda istifadə edilən kadrlar Ermənistanın Zangezur TV şirkətinə məxsusdur. Rəsmi Bakı Qaragölün bötövlükdə Azərbaycana məxsus olduğunu və Azərbaycan ərazisində yerləşdiyini bildirir. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin saytında deyilib ki, Qaragöl və onun ətraf ərazisi "tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir." Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva bildirib ki, son 30 ildə Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən olunmamasının əsl səbəbi, "beynəlxalq hüququn fundamental prinsiplərinin Ermənistan tərəfindən tapdalanmasıdır." "Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər," - Leyla Abdullayeva deyib. Mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur (Sünik) bölgəsində, Qaragöl (Sevliç) ətrafında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir. Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç - Qaragöl - ərazisi boyunca 3.5 kilometr irəliləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, ''Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir''. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook:   / bbcnewsazeri   Twitter:   / bbcazeri   Instagram:   / bbcazeri   WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün    • Azərbaycanda bu gün   Qarabağ münaqişəsi    • Qarabağ münaqişəsi   Dünyada bugün    • Dünyada bugün   Bölgələrdən    • Bölgələrdən   Qadınlar, sizin üçün    • Qadınlar, sizin üçün   1 dəqiqəlik videolar    • 1 dəqiqəlik videolar   Müsahibələr – Sizin səsiniz    • Müsahibələr - Sizin Səsiniz   Azərbaycanlılar Britaniyada    • Azərbaycanlılar Britaniyada   Niyə, nə üçün - izahedici videolar    • Nə və niyə?   Gənclər sizin üçün    • Gənclər, sizin üçün   Sosial problemlər    • Sosial problemlər   Dünya xəbərləri bülleteni    • Dünya xəbərləri bülleteni   Mənim Şəhərim    • Mənim Şəhərim   Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda    • Birinci Dünya Müharibəsi: Səngərlərdə...   Sizin Sözlərinizlə    • Sosial media icmalı - Sizin şərhləriniz   Britaniyada tələbə olan azərbaycanlılar    • Britaniyada tələbə olan azərbaycanlılar  

Comments