Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб TƏCİLİ! Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR, Son Xəbər в хорошем качестве

TƏCİLİ! Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR, Son Xəbər 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



TƏCİLİ! Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR, Son Xəbər

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir. M. Simonyanın Ermənistan hökuməti başçısının ünvanına yeni müraciəti mahiyyətinə görə daha təhqiramizdir. Rusiyalı jurnalist N. Paşinyanı erməni xalqının maraqlarına, tarixinə və dəyərlərinə xəyanət etməkdə günahlandırır. “Yeni Sabah” bildirir ki, Simonyanın Paşinyana qarşı növbəti hücumu ilə bağlı fikirləri jurnalistin Facebook səhifəsində dərc olunub.Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov vəfat edib. BakuPost-un məlumatına görə, o, bu gün səhərə yaxın həyata gözlərini yumub. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Ermənistanda koronavirusa yoluxanların sayı 39 298 nəfərə çatıb. Yenisabah.az xəbər verir ki, son 24 saat ərzində 196 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 8 158 nəfərin müalicəsi isə davam edir. Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.Tanınmış aparıcı Kamran Həsənli karantin qaydalarının yumşaldılmasını tələb edib. Yenisabah.az xəbər verir ki, aparıcı iaşə obyektlərinin, şadlıq saraylarının açılmasını istəyib: “SMS icazə ləğv olundu, amma biz hara gedəcəyik? İş yerlərimiz bağlıdırsa, biz küçəyə veyillənməyə gedəcəyik? İndi çimərliyə gedəcəyik, niyə yay vaxtı bizə çimərliyə getməyə icazə verilmirdi? Yay vaxtı D vitamini qəbul edib, immunitetimizi gücləndirib qışa sağlam çıxardıq. İndi çimərliklərdə iaşə obyektləri, restoranlar da bağlıdır, niyə imkan vermirsiniz insanlar qazanc əldə etsinlər?

Comments