Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб TƏCİLİ: Qarabağda Vəziyyət GƏRGİNLƏŞİR, Son Xəbər в хорошем качестве

TƏCİLİ: Qarabağda Vəziyyət GƏRGİNLƏŞİR, Son Xəbər 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



TƏCİLİ: Qarabağda Vəziyyət GƏRGİNLƏŞİR, Son Xəbər

Bakıda və Abşeron yarımadasında avqustun 14-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  28-31, Bakıda  gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.Dövlət Təhlükəsizlik Xidmətinin ötən ayın 3-ü və 10-da Xarici İşlər Nazirliyində (XİN) apardığı antikorrupsiya həbslərinin miqyası böyüməkdədir. Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə XİN əməkdaşının həbsindən sonra nazirlikdə digər rəhbər şəxslərin, nazir müavinlərin də istintaqa cəlb olunacağı gözlənilirdi. Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr zamanı yarıtmaz “evdən işləmək” özfəaliyyətindən sonra biabırçı şəkildə işdən uzaqlaşdırılması istintaqın işinin daha da sürətlənəcəyini göstərirdi. Milli Məclisin deputatı Rüfət Quliyevlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı arasında gərginlik yaranıb. Pravda.az-ın xəbərinə görə, R.Quliyev ad çəkməsə də, iddia edir ki, övladlarına ildə 300 min dollar xərcləməsi barədə xəbəri tənqid etdiyi məmurlar ötürüb. Məlumdur ki, R.Quliyev Milli Məclisin avqustun 4-də keçirilən növbədənkənar plenar iclasında Ramin Bayramlını tənqid edib: “İyunun 12-də TƏBİB rəhbərliyinə məktub göndərmişəm. Ancaq üstündən 40 gündən də çox vaxt keçməsinə baxmayaraq mənim məktubuma cavab verilməyib. Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdır sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”. Avqustun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və

Comments