Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб İlin debatı: Siyavuş Novruzovla Əli Əliyev "Canlı debat"da! Mövzu Qarabağ, baxış fərqli! в хорошем качестве

İlin debatı: Siyavuş Novruzovla Əli Əliyev "Canlı debat"da! Mövzu Qarabağ, baxış fərqli! Трансляция закончилась 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



İlin debatı: Siyavuş Novruzovla Əli Əliyev "Canlı debat"da! Mövzu Qarabağ, baxış fərqli!

Ölkə gündəmi yenə Qarabağla doludur. Lakin bu gün günlərdən 19 yanvar olduğu üçün tariximizdəki 20 Yanvar qırğınını da öncəliklə qeyd etməyə bilmirik. 20 Yanvardan 31 il keçir. Sabah millətimiz yenə Şəhidlər Xiyabanına yürüyəcək. Lakin bu dəfə daha qürur və orada uyuyan 20 yanvar şəhidlərinə xoş müşdə verirmiş kimi... 20 yanvar 1990- SSRİ-nin sonunu gətirən tarixdir. Lakin burada bir məqam xüsusi ilə qeyd olunmalıdır. 1989-cu il aprelin 9-a keçən gecə Tbilisidə Gürcüstan SSR Hökumət evi qarşısında keçirilən mitinqin dağıdılması zamanı 16 nəfər ölən oldu. 1991-ci il yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə törədilən qırğın da miqyasına görə Bakı kimi olmadı, orada da 14 nəfər həlak oldu. Niyə Bakıya qarşı bu cür amansız hücum və qırğın törədildi? Səbəb SSRİ DTX-sının 20 yanvar ərəfəsi törətdiyi erməni hücumları, yoxsa SSRİ rəhbərliyinin ermənipərəst mövqeyi idi? Azərbaycanın bu cür cəzalandırılmasında məqsəd həm də SSRİ respublikalarında başlamış müstəqillik hərəkatını boğmaq idimi? Qırğının qarşısını almaq mümkün idimi? Günün aktual mövzusu isə Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı mövzusudur. Görünən budur ki, Bakı və Ankara Laçın dəhlizinə tam nəzarət etmək istəyir! Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu açıq deyib ki, əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Sitat: "Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. Onlara (Rusiyaya) "Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil", - dedik". Rusiya xarici işlər naziri Sergey Lavrov da 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur. Onun sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır."Bu barədə 11 yanvar Moskva görüşündə də qeyd olunub. Bildirim ki, nə 9 noyabr üçtərəfli bəyanatında, nə də 11 yanvar razılaşmasında heç bir gizli bənd yoxdur", - deyə Rusiya XİN başçısı vurğulayıb. Yada salaq ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin müşavirəsində "heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz" deyib, sülhməramlı qüvvələrin humanitar işlərlə məşğul olduğunu, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiyanın təsbit edilməyini vurğulayıb. Türkiyə tərəfinin də mövqeyindən açıq görünür ki, əsas məsələ Laçın dəhlizindən qanunsuz səfərlərin reallaşmasıdır. Məlumatlara görə, həm Bakı, həm Ankara Laçın dəhlizində Azərbaycan post-patrul (hərbi polis) olmasının vacibliyini vurğulayır. Lavrovun da açıqlamasından göründüyü kimi, indi əsas müzakirə mövzusu sülhməramlıların statusudur. Ekspertlər nə deyir? Sülhməramlıların statusu Qarabağa ilk növbədə qanunsuz səfərlərə, silahlıların Qarabağa sızmasına son qoyacaq. Azərbaycanın Laçın koridorunda nəzarəti tam ələ almaq ehtimalı böyükdür. Ayvazyan və Ermənistanın müdafiə naziri ''humanitar şəxs''dir? S. Lavrov Ermənistan rəsmilərinin Qarabağa səfərləri haqda suala cavab verərkən bildirib ki, Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. "Ona görə də bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm". Ermənistanın xarici işlər və müdafiə naziri Qarabağda hansı "humanitar missiya" həyata keçirə bilərlər ki? Lavrov onların Qarabağdakı erməniləri qızışdıran, yenidən separatçı meylləri körüklədiyini doğurdanda bilmirmi? Ermənilərin "rus pasportu" xəyalı da puç oldu- Rusiya xarici işlər naziri Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı sualı ekzotik hesab edərək deyib: "Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır, o cümlədən Ermənistan tərəfindən tanınmır. Bizim isə bu ağlımızdan da keçmir". Bununla da nazir Qarabağa qayıtmış ermənilərə guya rus pasportu veriləcəyi, Qarabağın hətta Rusiyanın tərkibinə verilə biləcəyi kimi absurd yalanları təkzib edib. Rusiya birmənalı olaraq "rus pasportu", "Qarabağ Rusiyaya verilib" kimi spekulyasiyalara son qoydu. Ermənistan və Qarabağda "rus pasportu" gözləyənlər məyus oldu. Bəs, Rusiya bizə Qarabağda hansı pis sürpriz hazırlaya bilər? Rusiya sülhməramlılarını "xortdan" kimi qələmə verənlər nə qədər haqlıdırlar? Moskvaya arxayın olaqmı? Yoxsa tədbirimizi, önləmimizi daha artıqlamasıyla alaq?

Comments