Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Azərbaycan Respublikasının ƏN KASIB 10 RAYONU Hansılardır? в хорошем качестве

Azərbaycan Respublikasının ƏN KASIB 10 RAYONU Hansılardır? 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Azərbaycan Respublikasının ƏN KASIB 10 RAYONU Hansılardır?

#azerbaycan #rayon #kənd Azərbaycanın ən kasıb 10 rayonu - Azərbaycanın ən kasıb rayonlarının adları açıqlanıb. Niyə rayonlarda kasıblaşma artır? İnsanlar rayonlar, kəndlərdən çıxıb niyə Bakıya gəlirlər? Araşdırmaya görə paytaxt Bakı ilə rayonlar arasında gəlir fərqi azı 2 dəfə yüksəkdir. Bu da əksər iş yerlərinin, dövlət müəssisələrinin Bakıda olmasından irəli gəlir. Bəs hansı rayonlardır ki, illərdir adı kasıb rayonlar siyahısınqa qalıb? Bu statistikalar hər il dəyişsə də, bəzi rayonlar var ki, uzun illərdir baxımsız, kasıb rayonlar siyahısında qalır. 2022-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 839 manat təşkil edib. 2023-cü ildə isə bu göstərici 921 manat olub. Ümumilikdə artım çox aşağıdır. Ən yüksək göstərici 1080 manatdır ki, bu da sadə paytaxt Bakıda mövcuddur. Hər kəsin Bakıya gəlmək istəyi indi aydın olur... Qalan bölgələrdə isə maaşların həcmi ilə bağlı paytaxtla böyük fərq var və bu fərq 2 dəfədən artıqdır. Belə ki, ölkədə Bakı şəhəri və Daşkəsəndən başqa heç bir rayonda əmək haqqı 800 manatdan yüksək deyil. 73 rayondan 60-da aylıq əmək haqları 600 manatdan aşağıdır. 4 rayonda isə maaşların həcmi 500 manatdan da aşağıdır – bunlar maaş baxımından ən kasıb rayonlardır. Belə rayonların siyahısına Qax rayonu başçılıq edir – 451 manat. Balakən, Zaqatala və Xızı rayonlarında isə maaşlar 480-490 manat arasında dəyişir. Siyahıdakı digər 10 rayonda orta aylıq əmək haqqı 497-520 manat arasındadır. Beləliklə Azərbaycanda əmək haqqının məbləğinə görə ən kasıb 10 rayonu təqdim edirik: 1. Qax rayonu - orta aylıq əmək haqqı 451 manat təşkil edir. - Qax 1930-cu il 8 avqust tarixində qurulub. Rayonda 1 şəhər 58 kənd var. Rayonun inzibati mərkəzi Qax şəhəridir. Bakı ilə arasında olan məsafə – 345 kilometrdir. Nəqliyyat kodu 34-dür. Rayonda iş yerlərinin sayı az olsa da, turizm çox inkişaf edib. Demək olar ki, insanların əsas gəlir yeri turizmdir. Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlılarından biri də İçəri bazardır. İlusu kəndi, İlusu şəlaləsi, Sumuq qala, İlusu dövlət qoruğu, Ləkit şəlaləsi, Müslüm Maqamayevin babasının dəmirçi sexi, Qaçqaçay kəndində yerləşən Buz Bulaq, Kürmük Məbədi, Ulu Körpü, Qalaça və ya Şamil Qala, Ramramay şəlaləsi, Mamırlı şəlalə, Səngər Qala, Ayı dərəsi və. s. 2. Balakən rayonu - orta aylıq əmək haqqı 480 manat təşkil edir. - Rayon 8 avqust 1930-cu ildə təşkil olunub. Sahəsi 923 kvadrat kilometrdir. Avtomobil nömrəsi 8-dir. Əhali sayı təqribi 100 mindən yuxarıdır. Dəniz səviyyəsindən 496 metr hündürlükdə yerləşir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik daha çox inkişaf edib. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var. 3. Zaqatala rayonu - orta aylıq əmək haqqı 480 manat təşkil edir. - Zaqatala inzibati rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 59 kənd var. Rayonun inzibati mərkəzi Zaqatala şəhəridir. Zaqatala rayonu ilə Bakı arasında olan məsafə – 445 kilometrdir. Nəqliyyat kodu 62-dir. Ərazisi 1348 km²-dir. Əhalisi 126 900 nəfərdir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı — tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, heyvandarlıq, həmçinin kənd təsərrüfatı məhsullarının emalı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial var. 4. Xızı rayonu - orta aylıq əmək haqqı 488 manat təşkil edir. - 30 avqust 1930-cu ildə təşkil olunub. Sahəsi 1.850 km²-dir. Dəniz səviyyəsindən 859 metr hündürlükdə yerləşir. Əhalisi təqribi 20 min nəfərdir. Avtomobil nömrəsi 29-dur. Xızı rayonu ilə Bakı arasında olan məsafə −104 km-dir. Rayonda iş yerləri çox az saydadır. 5. Beyləqan rayonu - orta aylıq əmək haqqı 497 manat təşkil edir. - 24 yanvar 1939 təşkil olunub. Sahəsi 1.131 km²-dir. Avtomobil nömrəsi 11-dir. Dəniz səviyyəsindən 50 metr yüksəklikdə yerləşir. Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Bakı şəhəri arasındakı məsafə 281 km-dir. Beyləqan rayonu respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı, təsərrüfatlarda kartof, üzüm, tərəvəz, bostan məhsulları və meyvə də yetişdirilir. İstehsal olunan kənd təsərrüfatı məhsullarından taxıl, üzüm, tərəvəz məhsullarından kartof, soğan, heyvandarlıq məhsullarından ət, süd, pendir, nehrə yağı və sairə məhsullar daxili bazara çıxarılan məhsullara aiddir.Rayon ərazisində 9 süd emalı sexi fəaliyyət göstərir.

Comments