Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Yaddaş (film, 2010) Janr : Döyüş Müharibə Dram - 1 ci Hisse в хорошем качестве

Yaddaş (film, 2010) Janr : Döyüş Müharibə Dram - 1 ci Hisse 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Yaddaş (film, 2010) Janr : Döyüş Müharibə Dram - 1 ci Hisse

#Azerbaycan#Filim#Qarabag Yaddaş (film, 2010) Janr : Döyüş Müharibə Dram Janr : Döyüş Müharibə Dram Rejissor Vahid Mustafayev Ssenari müəllifi Vahid Mustafayev (Vahid Naxış kimi) Baş rollarda Şövqi Hüseynov Pərviz Məmmədrzayev Anar Heybətov İlqar Musayev Operator Yuri Varnovski Rəssam Şahin Həsənli İstehsalçı Bakıfilm İlk baxış tarixi 13 oktyabr 2010[1] Rəng Rəngli Vaxt 108 dəqiqə Ölkə Azərbaycan Azərbaycan Dil Azərbaycan dili İl 2010[2] Məzmun Birinci Qarabağ müharibəsinin başlanğıcı... Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağın edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür... 19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür... Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır. Film haqqında Filmin serial variantının afişası Filmin həm də 5 seriyadan ibarət teleserial variantı mövcuddur.[3][4][5] Film “Xatirələri yaşadan ən yaxşı film nominasiyası” üzrə qalib olub.[6] Filmin çəkilişləri 2009-cu ilin dekabrında başlamışdı.[Mənbə göstərin] Film Azərbaycan şəhidlərinə, o cümlədən Çingiz Mustafayevə ithaf olunmuşdur. Kinorejissor Eldar Quliyev filmlə bağlı müsahibəsində qeyd edir:[7] " Vahid Mustafayevə bu mövzu üzərində işlədiyinə görə təşəkkürümü bildirirəm. O, bizim hisslərimizi, fikirlərimizi gələcək nəsillərə çatdırmaq istəyir. Filmin finalı mənə çox təsir etdi. Qəhrəman sonra balaca uşaqlarla görüşür. O, həyatını onlara qurban verib. Ona görə də uşaqlar onun içərisindən keçirlər. Bu çox gözəl finaldır. Burada bir poetik səhifə var. Filmin nə ilə qurtaracağını çox gözləyirdim. Belə sonluğa çox sevindim. Eldar Quliyev " 2017-ci ildə Balans Studiyası tərəfindən Vahid Mustafayevin BakıFilm Kinostudiyası ANS TV ilə birlikdə çəkdiyi Yaddaş Bədii Filmini yenidən yaradıb. Filmin süjet xəttində bir sıra dəyişikliklər edilib, ölçüsü Balans Studiyasının DVS Texnologiyası vasitəsi Full HD (1920x1080) formatına çevrilib, Tam şəkildə Rəng Korreksiyası və Ayarlamaları işlənilib və səs Dolbi Digital 5.1 formatında hazırlanıb.[8][9] Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Vahid Mustafayev (Vahid Naxış kimi) Quruluşçu rejissor: Vahid Mustafayev Quruluşçu operatorlar: Yuri Varnovski, Əli Sultanov, Hikmət Əsgərov Quruluşçu rəssam: Şahin Həsənli (rəssam) Bəstəkar: Yaşar Baxış Səs rejissoru: Uğur Səfərov Montaj edən: Elşad Rəhimov İcraçı prodüser: Elman Əsədullayev (Elman Höccətoğlu kimi) Baş redaktor: Mailə Muradxanlı Baş prodüser: Vaqif Əsədullayev Məsləhətçi: Mirşahin Ağayev Redaktor : Kamran Qasımov Səhnələrə məsul : Adil Azay, Rövşən Ağayev, Anar Almazov Operator yardımçıları : Pərvin Cavadov, Anton Varnovski Tərtibatçılar : İbrahim Əminov, Natiq Şəkərəliyev Arabaçılar : Qabil Yəhyayev, Etibar Həbibov, Ramiz Nağıyev, Muxtar Hüseynov Kran ustası : Emin Yəhyayev İşıqçılar : Şəmsi Qədirov, Rövşən Vahabov, Rəhman Əhmədov Elektrik : Rauf Məmmədov (II) Bummen : Əli Bayramov Xüsusi effektlər : Əlibala Məmmədov Rəng tənzimləyicisi : Mahir Rəhimov Kompyuter qrafikası : İqrar Əşrəfzadə, Kamil Kərimov Arşınmalçı : Səfurə Manafova Sürməçi : İlqar Cəfərov Mətn düzümü : Abbas Qəhrəmanov, Aydın Əliyev, Gülnarə Zülalova Radio-diktorlar : Sabir Ələsgərov, Mətanət Əlverdiyeva İstehsalat əlaqələndiricisi : Asif Qəhrəmanov İnzibatçı : Elvin Nəbiyev Texnik : Nicat Nərimanov Ərzaq təminatı : Fərahim Məmmədov Sürücülər : Firuz Zeynalov, Həzi Abuzərov, Vidadi Zeynalov, Rəşid Əliyev Ofis əməkdaşları : Afizə Babayeva, Lalə Mahmudova, Gözəl Şirinova Rollarda Şövqi Hüseynov – Azər Pərviz Məmmədrzayev – Həsən Anar Heybətov – Hüseyn İlqar Musayev – Əli Rada Nəsibova – Arzu Yuri Baliyev – mayor Məhərrəm Musayev – taksi sürücüsü Nəcibə Hüseynova – Nərgiz xala Aydın Əlibalayev – Zeynal kişi Məsumə Babayeva – Fatma xala Xanlar Həşimzadə – Müslüm Samir Alməmmədov – Dumbulu Nemət Ağabalayev – Natı Xəyal Abbaszadə – yeniyetmə oğlan Nicat Abbaszadə – Veysəl Sovqat Səmədova – qoca qadın Çingiz Novruzəliyev – qoca kişi Ulduz Şükürova – yeniyetmə qız Lalə Məmmədova (II) – körpə uşaqlı ana Xəyalə Əliyeva – tibb bacısı Rəşadə Məmmədova – tibb bacısı Turanə Məmmədova – tibb bacısı Əhməd Salahov – baş həkim Natəvan Ələkbərova – qeydiyyat şöbəsindəki qız Məzahir Cəlilov – bərbər Yaroslav Trifonov – serjant Qraçov Anton Varnovski – rus zabiti Aleksandr Saprıgin – rus zabiti Rəşadət Sadıqov – Surik Akif Yusifov – Samvel Asif Qəhrəmanov – Aşot Habil Dadaşov – erməni yaraqlısı Oqtay Əhmədov – saqqallı erməni (Oktay Əhmədov kimi)

Comments